Default port yoxdursa modemə necə qoşulmaq olar?

default protlar var. Məsələn : www-80 , ftp-21 və s. Əgər 80-ı modemin daxilindən dəyişib 10000 tutaqki eliyiblərsə məndə bunu bilmirəm modemə necə daxil ola bilərəm? browser-ə 192.168.1.1 yaziram modemə daxil ola bilmirəm..

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

HelpUser (2012-08-02 12:00:50)
Ok.

Elvin Hacı (2012-08-02 09:58:32)
Eyni İP-dəndir hər iki user. Bu halda kompyuter, ƏS, brauzerin fərqli olması adi haldır. Həm də məsələ İP-də və ya ƏS-də deyil. Sadəcə siz onun adından cavab verdiniz, daha sonra o sizin bütün cavablara, siz də onun bütün cavablarına +1 verdiniz. Bu da təbii ki, düzgün olmadığından şübhələrə yol açdı. "çox sagol Helpuser.." cavabında faydalı nəsə varmı ki ona +1 verilə? Axı +1 LİKE demək deyil, hint-ində də yazıldığı kimi Zəif və ya Güclü cavabdır deməkdir. Ola bilər anlaşılmazlıq məhz bu məqama görə olub. İndi yəqin ki tam çatdıra bildim fikri.

HelpUser (2012-08-02 09:39:15)
Ola bilər eyni ip olsun. Eyni bir şirkətdən iki ayrı istifadəçi ola bilməz? İp -adressə baxırsan, imkan varsa browser, komputer, ƏS-nə də bax :) Sadəcə olaraq qardaş kömək istədi, mən də yol göstərdim.

VendeTTA (2012-08-01 19:20:10)
Kömək etmək istəyirdim, sonuncu şərhdən sonra fikrimi dəyişdim :)

Elvin Hacı (2012-08-01 17:14:42)
Safarov.Arnis və Helpuser, siz ya bir istifadəçisiniz və ya eyni yerdən daxil olursunuz, iki akkount açıb bir-birinə +1 vermək və ayrı şəxslərmiş kimi çıxış etməkdə məqsəd nədir? :)

Namiq Bəndəli (2012-08-01 17:07:54)
portun nömrəsini verir dedim? :)

Safarov.Arnis (2012-08-01 17:07:05)
çox sagol Helpuser..

Safarov.Arnis (2012-08-01 17:04:54)
Namiq Bendeli qaqaş ipconfig portu nomresin vermir gatewayin qabaginda..sehv yanaşirsan..

HelpUser (2012-08-01 16:43:02)
nmap proqramından istifadə et. bu da linki nmap

HelpUser (2012-08-01 16:33:32)
Bizim bu qardaş eksperiment aparır, ona görə kömək istədi sizdən. Modemi reset də eliyə bilərdi - amma ona sırf bu vəziyyətdən çıxış yolu lazımdır.

Namiq Bəndəli (2012-08-01 16:27:45)
Səhv etmirəmsə modemə daxil olmaq üçün port vacib deyil. Ünvan saətrinə 192.168.1.1 yazıb daxil ola bilmirsinizsə, deməli modemin İP ünvanı dəyişikdir. Start menyusunda axtarış yerinə cmd yazın, enter. Açılan pəncərəyə ipconfig yazıb enter. çıxan məlumatlar içərisində Əsas Şlüz (основной шлюз) yazısı qarşısındakı İP ünvan modemin (əgər şəbəkə modemdən paylanırsa) ünvanıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

TP-LİNK TD-W8901G modemi üçün wireless kömək

nooutbook in

Wı-Fı modemi şunur ilə personal kompyüterə qoşmaq

Modem Wifi

İnternet kəsilmə problemi

Saytlara girəndə başqa sayta yönlənmə baş verir