Kompyuter mühəndisliyi və Kompyuter Elmləri arasındakı fərq nədir?

Salam.Universitetlərdə Kompyuter Mühəndisliyi və Kompyuter Elmləri ixtisasları var.Bu ixtisaslar arasındakı fərq nədədir?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Cavab axtaran (2015-06-29 22:38:14)
[code] [/code]. Bəs hacker deyilən ixtisas bunlardan hansına aiddir? komputer elmlərinə yoxsa komputer mühendisliyinə?

elman94 (2014-11-16 22:32:15)
daha cox kompyuter elmlerine

fightclub_husen (2012-08-01 13:57:53)
Elvin müəllim cavabınız üçün təşəkkür edirəm.Yığdığım balnan ancaq Azərbaycan Universitetindəki(AU) kompyuter mühəndisliyinə düşə bilirəm.Orda oxumağa dəyər bu ixtisası.Ən azından Xəzər Universitetinin yarısı qədər keyfiyyəti var? Xahiş edirəm məlumatı olan bu haqda yazsın.

Elvin Hacı (2012-08-01 12:26:43)
Ciddi fərqi yoxdur. Hər ikisi baza təhsili verir. Qalan 90% özünüzdən asılıdır. Hər ikisi ixtisasları bitirənlərin içində tam sıfır biliklilər də olur, yaxşı şirkətlərdə asanlıqla işə düzələnlər də. Əsas 4 il boyu boş dayanmayıb daim şəxsi təşəbbüslər göstərmək, ixtisasda istiqaməti verilən, haqqlarında bir neçə cümlə ilə bəhs edilən bilikləri müstəqil öyrənmək, praktikadan keçirməkdir.

fightclub_husen (2012-08-01 11:24:28)
Azərbaycanda bunlardan hansını seçmək məsləhətlidir.?Əsas hansına tələbat var?

Elvin Hacı (2012-08-01 09:25:11)
Bizdə bu adlar korrekt qoyulmayıb ümumiyyətlə. Amma cari reallığı nəzərə alıb cavab versək: Kompyuter elmləri tətbiqi riyaziyyat(bu ixtisasın daxilindən proqramlaşdırma,optimallaşdırma,modelləşdirmə,riyazi fizika və.s. ayrılır), informatika(bu elə demək olar kompyuter mühəndisliyi ixtisasıdır. Tətbiqi riyaziyyata yaxındır, amma proqramlaşdırma, hardware arxitekturası və.s.-a daha çox önəm verilir, klassik riyaziyyat isə bir qədər az keçilir) və iqtisadi kibernetika qollarına ayrılır. Məsələn BDU-da bu bölünmə ikinci kursdan olur, 1-ci kursda hamı eyni ixtisas adı altında təhsil alır.

ahmed (2012-08-01 08:42:48)
Kompüter elmi, riyaziyyatın bir qoludur. Kompüter mühəndisliyi anlayışına mən xarici ədəbiyyatda rast gəlməmişəm. Proqramlaşdırma, verilənlər bazası, kompüter arxitekturası, spesifikasiyalar, protokollar, kompilyatorlar, əməliyyat sistemləri, süni intellekt, kriptoqrafiya , alqoritmlər v.s. bunlar hamısı kompüter elminin qollarıdır. Bütün bu sadalanan elmlərin modelləşdirilməsi və tədqiqatı diskret riyaziyyat vastəsilə həyata keçirilir.

Vugar Asadov (2012-08-01 07:45:12)
Komputer elmləri keçmiş tətbiqi riyaziyyatdı.əsası riyaziyyat ya da elmi işlərlə məşğul olur.Komputer muhəndisliyi,programlaşdırma,verilənlər bazası,komputer arxitekturasıyla məşğul olur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Komputer elmlerini xaricde oxumaq isteyirem