Salam.
Dünən istifadə etdiyim İphone 3GS -i normadan artıq enerji (charge) verərək xarab eləmişəm. Əvvəlcə usb -ni qoşan kimi söndü, sonra isə heç cürə yandırmaq olmadı və hədsiz dərəcədə qızmağa başladı. Mən də tələsdim – səliqəsiz formada açdım iphonu və bir neçə lent qırıldı içində — nəhayət akkumlyatoru ayırdım. Akkumlyator və qızmış çiplər soyudu. Amma daha əl vurmadım.
Suallar:
Görəsən bu iphone-u təmir elətdirməyə dəyər?
Eletroshock -dan ola bilər bütün chiplər yansın? Düzələn şeydi görəsən?
Düzələndirsə məsləhətli – başı çıxan servis adı, nömrəsi, ünvanı verə bilərsiz?
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
2
Salam
Kimsə sizin yazdıqlarınızla dəqiq deyə bilməz düzələcək ya yox,servisə müraciət edin.
http://www.almastore.az/az/buy/service.html
Ünvan:
Teymur Əliyev küç 25A
AZ1069, Bakı, Azərbaycan
(012) 561-7256
(050) 766-0025
İş vaxtı:
Bazarertəsi – Cümə: 09.00 – 18.00
0
Çox sağolun. Amma AlmaStore çox baha düzəldəcək axı…
2
Rəsmi nümayendə onlardır.Ən azında sonra nəsə olanda gedib yaxasınan tutmağa adam olacaq,hər hansı “putka”da düzəltdirsəz :
1. Zəmanet vermiyəcək.
2. Sonra nəsə olsa heç sübut eliyə bilmiyəcəksiz onda düzəltdirdiyivizi.
Servisə gedin telefonuvuzu verin sizə qiymət deyəcəklər ona görə dəyərləndirin əgər baha olsa demək dəyməz düzəltdirməyə.
0
Təşəkkürlər. Onsuz da başqa çarəm yoxdu.
Sual verin
Cavab verin