Görəsən bu iphone işləyər?

Salam. Dünən istifadə etdiyim İphone 3GS -i normadan artıq enerji (charge) verərək xarab eləmişəm. Əvvəlcə usb -ni qoşan kimi söndü, sonra isə heç cürə yandırmaq olmadı və hədsiz dərəcədə qızmağa başladı. Mən də tələsdim - səliqəsiz formada açdım iphonu və bir neçə lent qırıldı içində -- nəhayət akkumlyatoru ayırdım. Akkumlyator və qızmış çiplər soyudu. Amma daha əl vurmadım. Suallar: Görəsən bu iphone-u təmir elətdirməyə dəyər? Eletroshock -dan ola bilər bütün chiplər yansın? Düzələn şeydi görəsən? Düzələndirsə məsləhətli - başı çıxan servis adı, nömrəsi, ünvanı verə bilərsiz?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

HelpUser (2012-08-02 11:21:04)
Təşəkkürlər. Onsuz da başqa çarəm yoxdu.

Onar Alili (2012-08-02 11:19:01)
Rəsmi nümayendə onlardır.Ən azında sonra nəsə olanda gedib yaxasınan tutmağa adam olacaq,hər hansı "putka"da düzəltdirsəz : 1. Zəmanet vermiyəcək. 2. Sonra nəsə olsa heç sübut eliyə bilmiyəcəksiz onda düzəltdirdiyivizi. Servisə gedin telefonuvuzu verin sizə qiymət deyəcəklər ona görə dəyərləndirin əgər baha olsa demək dəyməz düzəltdirməyə.

HelpUser (2012-08-02 11:10:51)
Çox sağolun. Amma AlmaStore çox baha düzəldəcək axı...

Onar Alili (2012-08-02 11:08:46)
Salam Kimsə sizin yazdıqlarınızla dəqiq deyə bilməz düzələcək ya yox,servisə müraciət edin. http://www.almastore.az/az/buy/service.html Ünvan: Teymur Əliyev küç 25A AZ1069, Bakı, Azərbaycan (012) 561-7256 (050) 766-0025 İş vaxtı: Bazarertəsi - Cümə: 09.00 - 18.00

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

iphone 5 üçün korpus gətizdirmək

IPhone 4S-de koda düşüb, necə aça bilərik?

Bu batareyadan harda Olar?

iphone yaddaşı itirmişəm

Apple İd – i itirmişəm.

Lumia 920, iPhone 5, Samsung GNote 2, Samsung ATIV S və s. içində ən məsləhətlisi