Bu komputer güclü sayıla bilər yoxsa zəif?

Microsoft windows xp Versiya 2002 zverlego v9.12.2 pentium(R) dual-core CPU E5500 @ 2.80GHz 2.81 ГГ ц,2.00ГБ 0 ЗУ bu komputer indiki orta göstəricilərə görə güclü sayıla bilər yoxsa zəif?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Elvin Hacı (2012-08-04 21:35:21)
Məsələ burasındadır ki, Linux distroları saysız hesabsızdır, kimi birini kimi o birini bəyənə bilər. Amma mümkün qədər çalışmaq lazımdır ki, arxasında ciddi dayağı olan distrodan istifadə oluna. Çünki bu birilər community-dir, eləsi var lap 3-4 nəfər düzəldib, bu gün var, sabah yoxdur. Zorin OS Windows interfeysi kopyalayıb, adı də tanınmır, yəqin ki istifadəçi sayı da çox cüzidir, bu isə ciddiliyinə şübhə salır. Ubuntu, Linux Mint, Fedora və.s. 2-3 dənəsi artıq etibar qazanmış distrolar hesab edilir.

Amil (2012-08-04 16:34:04)
Mən Ubuntu-dan sa Zorin OS məsləhət görərdim.

Amil (2012-08-04 09:36:15)
Wine Linux üçün olan xüsusi proqramdır ki, Windows-un .EXE tipli proqramlarını işlədir. Siz həmin oyunun Linux versiyasını tapa bilməzsiniz, amma bəlkə də Wine ilə işlətmək olar. Hər halda yoxlamağa dəyər.

Emil Nezirli (2012-08-03 19:53:29)
wine nedi?

Amil (2012-08-03 19:43:57)
Wine ilə yoxlaya bilərsiniz.

Emil Nezirli (2012-08-03 18:48:30)
ubuntuya fifa 12-ni yazsam acar?

Mete (2012-08-03 18:09:33)
məncə vindovs 7-nin elə 64 bit-liyini də yaza bilərsən.elə də zəif deyil bu göstəricilər. mənim kompüterimdəki göstəricilər hələ tezliyinə görə səninkindən zəifdir(2 Ghz). buna iki sistem yazmışam: vin 7 və ubuntu. əla da işləyir:)

Onar Alili (2012-08-03 16:57:59)
Xeyr,Windows Vista və Windows 7 daha çox parametr tələb etdiyi üçün daha çox donma,gecikmə olar. Linux növü olan Ubuntu istifadə edə bilərsiz.

Emil Nezirli (2012-08-03 16:41:47)
onar alili windowsun basqa versiyasini yazsam nese ferq olar?

HelpUser (2012-08-03 16:18:32)
:) mənim komputerim də elə bu fasondu. :) nə isə əlavə edib gücləndirmək də mənasızdı.

Onar Alili (2012-08-03 16:12:56)
Hal-hazırkı texnologiya nisbətdə götürsək Zəif.