Tərcümə programları hansı alqoritmlər əsasında işləyir?

Salam.Promt,google translate və oxşar programlar hansı algoritmlar əsasında işləyir? Bununla bağlı bir mənbəə varmı?Mənim ağlıma gələn bir şey varki cümlədəki sözlərin yerini arxa planda dəyişdirib istifadəçiyə yansıtmaq.Məsəl üçün Azərbaycan dilində xəbər cümlənin sonunda gəlir İngilis dilində isə cümlənin əvvələrində.


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(09:10, 03/08/2012 ) #18588

Salam, bu linkə daxil olub baxin. “Dilmanc Vakansiya – Proqramçı Tələblər C/C++, Java, C# və ya Delphi”

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:24, 03/08/2012 ) #18591

http://www.dilmanc.az/az/jobs/developer

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:18, 03/08/2012 ) #18595

Salam. Tərcümə alqoritmləri güclü riyazi bazaya, statistik məlumatlara əsaslanan mürəkkəb alqoritmlərdir. VƏ bildiyiniz kimi mükəmməldən hələ də çox-çox uzaqdırlar. Çünki tərcümə işi doğurdan da çox çətin riyazi məsələdir.
Konkret Google Translate-in iş prinsipinə aid bu videoya baxın, onlar əsasən insan tərəfindən tərcümə olunan milyonlarla nümunə əsasında biliklər bazası yaradın tərcüməni məhz o nümunələrin hesabına edirlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:16, 03/08/2012 ) #18603

Bu məsələdə uğur birmənalı olaraq süni intellektə bağlıdır. Süni intellekt məsələsində isə hələ də nəzərəçarpan uğur əldə edilməyib(və ya gizlədilir). Klassik proqramlaşdırma qaydaları ilə bu işin öhdəsindən gəlmək qeyri mümkündür. Bu iş hesablama məsələsindən çox kənara çıxır. Məsələ burasındadır ki, tərcümə zamanı sözlərin mənasını bilməklə yanaşı insan həmin sözlərdən bitmiş fikir ifadə edən cümlə yaratmalıdır və bu fikir tərcümə olunan cümlədəki fikirlə eyni olmalıdır. Bunun üçün insan həm müvafiq sahədəki ətcrübəsin , həm də hələlik kompüterlər üçün əlçatmaz olan məntiqindən istifadə edir. Bu işin hansısa alqoritmik hesablamarla həyata keçirilməsi çətin görünür. Bir sualın cavabın tapmaq lazımdır. İnsan nə cür fikirləşir? Bunun üçün isə başlanğı olaraq insan beyni məlumatı nəcür yadda saxlayır sualına cavab tapmaq lazımdır. Əgər gələcəkdə bu sahə ilə məşğul olmaq istəyənlər varsa onda onlar gərək kompüterin məlumatı nə cür yadda saxladığını mükəmməl örgənsinlər(sistem proqramlaşdırma), daha sonra bu məsələlərlə məşğul olmaq olar. Bundan əlavə diskrek riyaziyyata aid oxuduğum bir kitabda (Rosen H. Discret mathematics and its applications) süni intellektdə qarışıq məntiqdən geniş istifadə olunduğu yazılır. Bu sahədə Azərbaycanlı alimlərin (Lütfüzadə, Rafiq Əliyev) böyük uğurları var. Mən indiyə qədər qarışıq məntiqin yalnız hansısa yapon paltaryuyan və şəkilçəkən aparatlarında istifadə olunduğunu bilirdim. Həmin kitabda qarışıq məntiqlə bağlı yığcam, lakin çox maraqlı fikir bildirilir. Amma mövzudan kənar olduğuna görə yazmaq istəmirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:35, 03/08/2012 ) #18606

Əsas problemdə burdadır ki, istifadə etdiyimiz kompyuterlər klassik Aristotel məntiqində işləyir.Yəni hələki qeyri-səlis mətiqdə(fuzzy logic) işləyən cpu yoxdur.Bir yolda varki buda çox uzun yoldur.Cümlədəki sözlərin ola biləcək bütün kombinasiyaları bütün ehtimalları hesablayıb programın data basesində saxlamaq.Birdə burda ən böyük problemlərdən biridə məncə dildəki idiomlardır.Məsəl üçün programa İ see yazanda program bunu “Görürəm” yoxsa “Başa düşürəm” kimi tərcümə etməlidir.Belə nümunələr saysız hesabsızdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:47, 07/05/2013 ) #29663

salam. cümlədə nitq hissələrinin yerin dəyişdirilməsi ilə maşın tərcümə sisteminin işləməsi mümkün deyil. çünki tərcümə istiqamətləri üzrə bazada yüz minlərcə söz saxlanılır. bunlarınsa, if-else, case-break-lərlə emalına girişmək, ən azı 10-15 min il vaxtınızı alar -)) sınaqdan keçirmək istəyirsinizsə, 5-6 leksik vahiddən ibarət baza yaradıb, “bütün dünyanın proletarları, birləşin!” və “dünya birləşib” cümlələrinin ingilis dilinə tərcümə etməyə çalışın.

maşın tərcüməsi statistik modelləşdirmənin tətbiq sahələrindən biridir. birincə mərhələdə, əvvəlcə sözlər, cümlələr və digər leksik vahidlər, istiqamətlər üzrə, öyrətmə alqoritmləri ilə maşına mənimsədilir və burda emal olunan məlumat müxtəlif formalarda bazada saxlanılır. ikinci daha sonra isə, seçilən istiqamət (dil1->dil2) üzrə istifadəçinin daxil etdiyi leksik vahid(lər)in, linqvistik – kontekst analizi aparılır. bunun əsasında əldə olunan məlumat bazadakı məlumatlarla tutuşdurulur və sonda öyrədilən statistik metod əsasında istifadəçiyə təqdim olunur.

burda daha spesifik nöqtələr də var. oxşarlıq alqoritmlərinin, eləcə də tərcümənin hansı modelləşdirməyə (qaydalı yaxud saf statistik) əsasən aparılmağı vəs.

əgər bu sahəyə marağın varsa, birinci markov prosseslərini öyrənməklə başla.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (9 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024