Google adsense reklamlarında ip nəzərə alınır?

yəni bir komputerdən və yaxud eyni serverə qoşulmuş bir neçə komputerdən istifadə edərək klik olunursa bunun nəsə əhəmiyyəti var?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(20:53, 04/08/2012 ) #18656

1 ip-dən çox klik olsa ban edir adsanse hesabı
yaxşı olar ki özünüz klik etmiyəsiz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:41, 04/08/2012 ) #18661

Salam. Google bunu tam açıq formada bildirməsə də, çox güman ki nəzərə almır, əsas olan İP-dir təəssüf ki. Mən bir neçə dəfə görmüşəm Google grouplarda, ki ban edilən adam deyib ki bəs bizdə şirkətdir, bir İP-dən 100 komp istifadə edir filan. Orda cavab belə olmuşdu ki, bəlkə də siz haqlısınız, amma biz sizi haqlı ola-ola ban etmək məcburiyyətindəyik, çünki bizim üçün müştərinin, reklam verənin pulunu sığortalamaq hər şeydən vacibdir. Qısası reklam verənlərin xatirinə reklam yayanların haqqları müəyyən qədər tapdanmış olur, mənəvi baxımdan. Hüquqi baxımdan isə yox, çünki Google öz şərtlərini özü müəyyənləşdirir.
Amma əgər sizin sayt Adsense-də etibar qazanıbsa, yəni şübhəli kliklər qeydə alınmayıbsa(şübhəli kliklər qəsdən edilən kliklərdir və bunu gizlətmək çətin məsələdir, riyazi statistik metodlarla, ehtimal paylanmaları və.s. ilə şübhəli klikləri aşkara çıxarmaq mümkündür) o halda inanmıram ki eyni İP-dən edilən klikə görə sizin akkount ban olunsun. Amma eyni kompüterdən edilsə(bu halda Cookie ilə müəyyənləşir) o halda blok edilir. Səhvən əliniz dəysə klik etsəz, dərhal məlumat verib deyə bilərsiz, o halda ban etməzlər.
Ən yaxşısı müəyyən bir if else skripti yazın ki sizin daxil olduğunuz İP-lərdə reklam ümumiyyətlə görünməsin və ya yerinə başqa bir qeyri-Google reklamı çıxsın ki yeri boş görünməsin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:47, 05/08/2012 ) #18676

    çox sağolun ətraflı cavab üçün. Bir sualımda var: sizcə adsense də pul qazanmaq nə dərəcədə realdı?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:35, 05/08/2012 ) #18681

      Əgər saytınızın gündəlik ziyarət sayı 1500-2000 və ya daha çoxdursa və saytınız adsense qaydalarına uyğundursa, o halda müəyyən qədər qazanmaq realdır. Təbii ki dəqiq demək olmaz, amma təxmini yaxın rəqəmlər deməyə çalışım: 1500-2000 gündəlik unikal ziyarət olsa, aya təxminən 100$ qazanmaq mümkündür. 5000 unikal ziyarət olsa, təxminən 200$ və.s. Ciddi gəlir ancaq azı 15-20 min gündəlik ziyarət olduqda ola bilər

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024