Google adsense reklamlarında ip nəzərə alınır?

yəni bir komputerdən və yaxud eyni serverə qoşulmuş bir neçə komputerdən istifadə edərək klik olunursa bunun nəsə əhəmiyyəti var?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Elvin Hacı (2012-08-05 12:35:58)
Əgər saytınızın gündəlik ziyarət sayı 1500-2000 və ya daha çoxdursa və saytınız adsense qaydalarına uyğundursa, o halda müəyyən qədər qazanmaq realdır. Təbii ki dəqiq demək olmaz, amma təxmini yaxın rəqəmlər deməyə çalışım: 1500-2000 gündəlik unikal ziyarət olsa, aya təxminən 100$ qazanmaq mümkündür. 5000 unikal ziyarət olsa, təxminən 200$ və.s. Ciddi gəlir ancaq azı 15-20 min gündəlik ziyarət olduqda ola bilər

semedov (2012-08-05 10:47:34)
çox sağolun ətraflı cavab üçün. Bir sualımda var: sizcə adsense də pul qazanmaq nə dərəcədə realdı?

Elvin Hacı (2012-08-04 21:41:23)
Salam. Google bunu tam açıq formada bildirməsə də, çox güman ki nəzərə almır, əsas olan İP-dir təəssüf ki. Mən bir neçə dəfə görmüşəm Google grouplarda, ki ban edilən adam deyib ki bəs bizdə şirkətdir, bir İP-dən 100 komp istifadə edir filan. Orda cavab belə olmuşdu ki, bəlkə də siz haqlısınız, amma biz sizi haqlı ola-ola ban etmək məcburiyyətindəyik, çünki bizim üçün müştərinin, reklam verənin pulunu sığortalamaq hər şeydən vacibdir. Qısası reklam verənlərin xatirinə reklam yayanların haqqları müəyyən qədər tapdanmış olur, mənəvi baxımdan. Hüquqi baxımdan isə yox, çünki Google öz şərtlərini özü müəyyənləşdirir. Amma əgər sizin sayt Adsense-də etibar qazanıbsa, yəni şübhəli kliklər qeydə alınmayıbsa(şübhəli kliklər qəsdən edilən kliklərdir və bunu gizlətmək çətin məsələdir, riyazi statistik metodlarla, ehtimal paylanmaları və.s. ilə şübhəli klikləri aşkara çıxarmaq mümkündür) o halda inanmıram ki eyni İP-dən edilən klikə görə sizin akkount ban olunsun. Amma eyni kompüterdən edilsə(bu halda Cookie ilə müəyyənləşir) o halda blok edilir. Səhvən əliniz dəysə klik etsəz, dərhal məlumat verib deyə bilərsiz, o halda ban etməzlər. Ən yaxşısı müəyyən bir if else skripti yazın ki sizin daxil olduğunuz İP-lərdə reklam ümumiyyətlə görünməsin və ya yerinə başqa bir qeyri-Google reklamı çıxsın ki yeri boş görünməsin

saka-muka (2012-08-04 20:53:50)
1 ip-dən çox klik olsa ban edir adsanse hesabı yaxşı olar ki özünüz klik etmiyəsiz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Chrome`da Youtube problemi

Adsense 2017

Android Lüğət Proqramı (.apk)

Saytda Google reklamları yerləşdirilməsi üçün nə etməli?

Saytım Google-də tapIlmır, niyə?

Chromebook almaq məsləhətdirmi ?