3.00GHz-də core i5 yoxsa core i7?

Salam. 3.00GHz-lik core i5 prosessor yaxşı olar yoxsa 2.20GHz-lik core i7 prosessor?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

fightclub_husen (2012-08-08 13:16:49)
I5 lər 4 nüvəlidir 2-si fiziki 2-si də logic.İ7-lər isə 8 nüvəlidir 4-ü fiziki 4-ü isə logic.Səhv etmirəmsə..

ahmed (2012-08-08 08:55:56)
Xeyr olmaz. Prosessorun sürəti onun nüvələrinin sayından asılı deyil. Nüvələrin say çoxluğu paralel proqramların işində özünü göstərir, sürət məsələsinə gələndə bir nüvəli 3GH prosessor 8 nüvəli 2 GH prosessordan daha sürətlidir. Ona görə minimum 2.4 GH tələb edən oyunu nüvələrinin sayından asılı olmayaraq heç bir 2.2 prosessorda oynamaq olmaz.

Elvin Hacı (2012-08-07 21:30:56)
Bəli elə o verdiyiniz saytda da yazılıb 2,4 nüvəli növlər haqda

Namiq Bəndəli (2012-08-07 18:08:41)
Düzəliş: İntel i5 prosessorlarının həm 2 həm4 nüvəli modelləri mövcuddur. Sadəcə mən rastlaşdıqlarım hamısı 2 nüvəli olduğundan bu qərara gəlmişdim.

Alibeyov (2012-08-07 17:59:13)
Elvin, o saytda yazılıb məncə.

Elvin Hacı (2012-08-07 17:50:23)
Fiziki olaraq elədir bəli. Məsələn məndə laptopda i5-dir, amma 2 nüvəlidir real olaraq. i5-in 4 nüvəlisi də olur mən bilən. Bir dəfə oxumuşdum bu haqda.

Alibeyov (2012-08-07 17:45:54)
i5 nə vaxtdan 2 nüvəlidir? i7 nə vaxtdan 4 nüvəlidir???

pc258 (2012-08-07 17:28:46)
Bəzi oyunları 2.4GHz-dən aşağı olan kompüterlərdə oynamaq olmur. 2.2GHz-lik i7 prosessora malik kompüterdə bu cür oyunlar oynamaq olar?

Namiq Bəndəli (2012-08-07 17:01:41)
Core i5 prosessorları 2 nüvəlidir, i7 isə 4 nüvəli. 2.2 ghz i7, də 3 ghz i5dən güclüdür.

Onar Alili (2012-08-07 16:44:21)
Salam Əlbəttdə 2.20GHz-lik core i7 prosessor.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ryzen yoxsa intel processorları?

İntel Core İ5 ücün xüsusi Ana lövhe lazımdır?

aliexpress 72 $-a i7 notebook?

Server üçün prosessor

i5-dən i7-yə keçmək

HP pavilion g6 i7 haqda