Ubuntu 12.04 desktop – internal mikrofon problemi

Salam. Ubuntuya keçənnən hər şey normaldır, hətda Windows-dan qat-qat üstündür. Bir kiçik problem var: mənim netbook-umda internal mikrafondu, onu görmür qətiyyən. Forumlarda Alsa proqramını məsləhət görürlər, dedikləri instruksiyanı edirəm yenə görmür. Netbook-un modeli E-machines e350 -dir. Mümkünsə kankret - sınanmış metod və proqram məsləhət görərdiniz.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Alibeyov (2012-08-07 14:16:56)
Çox sağol! :) .düzəldi! "Əlvida Windows, Necəsən alə Linux?" :D

Alibeyov (2012-08-07 14:09:49)
Yaşa! :) İndi yoxluyub cavab deyəcəm :)

Namiq Bəndəli (2012-08-07 14:04:47)
Bu problem mənim də başıma gəlmişdi. Netbukda Skype mikrofoinu görmürdü. Səbəb isə: Ubuntu mono mikrofonu stereo kimi ikikanallı sazlamasıdır. Kanalın birini bağladıqda problem düzəlir. Alsa mixer daxil ol, mikrofon sazlamalarından kanalın birini bağla.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dual Boot haqqında(kömək)

Ubuntu Yükləmələr

ubuntu pulludur artıq?

Linuxda C proqramını sərbəst işlətmək

Ubuntuda Anbox proqramı açılmır.

Netbook mikrofon driver