WD harddiskdə ciddi problem

Salam. Mümkünsə diqqətlə oxuyun. Təsadüfən komputerin power kabelinin açıqda qalan ucu komputerin case-inin dəmir hissəsinə toxunmuşdu və komputer qısaqapanma ilə sönmüşdü. 2 harddiskdən biri tamam sıradan çıxdı (yəqin ki böyük ehtimalla, harddisklərin də metal şrup ilə case-ə bağlı olmağına, elektoshock-un onlara da təsir etməsinə görədir.) Nə isə, xarab olan 320 gb-lıq köhnə hdd idi, digəri isə 1 tb-lıq hdd idi. 2si də WD firmasınındır. 1tb-lıqda çoxlu sayda badsector əmələ gəlmişdi, Windowsla qətiyyən işləyə bilmirdi, Ubuntu yazıb işlədirdim. Arada ciddi ilişmələr olurdu, çox vaxt komputeri yandıranda bios harddiski görmürdü . Nə isə, 2 gün əvvəl linuxda belə bir komanda yazdım: sudo badblocks -sv /dev/sda - bu komanda 13 saat ərzində 60 %dən çox yaddaşı scan etmişdi, 144 badsector tapmışdı. tərslikdən də bütün badsectorlar yaddaşın "əvvəlində"dir. Yəni ki, komputer yanan zaman harddiskin başı öz özünə qarışır (bad sectorlara görə azca səs edir), bios onu detect etmir. Nə isə bu 13 saatlıq prosess - işığın sönməsi ilə qeyri-normal dayandı - və ondan sonra isə heç cürə bios harddiski görmür. Səs edə edə qalır harddisk. Mümkünsə köməklik edin: yeni harddisk almadan bununla müvəqqəti də olsa işlərimi görçək istəyirəm. Həm də ki, içində xeyli məlumat var. Hansısa yolla bu harddiski işə salmaq, içindəki məlumatları götürüb yenidən bölmək olarmı?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Alibeyov (2012-08-08 12:21:39)
Heyif....

Ruslan Butdayev (2012-08-08 12:07:42)
Boyuk ehtimalla hard disk artiq siradan cixib. Onu qaytarmagin usulu movcuddur ama bizde qeyri mumkundur. Moskvada lobarotoriya seraitinde bunu edirler cox baha qiymeti eger hele vacib melumat varsa bu barede komeklik ede bilerem lazim olsa.. Diger bir usul ise hemin HDD nin eynisi eyni part n. olani tapib (ishlek veziyyetde olani)uzerindeki platalari deyiishib yoxlamaq lazimdir. bu effekt vere biler en azindan boot elemesede ikinci hdd kimi qoshub ichindeki informasiyani goturmeye sherait yarada biler.. BAD sector olan hdd ni ishletmek duzgun deyil her an informasiya itkisine hazirdi o hdd.ona gore de meslehetdi tezesini alasiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Komputerin harddiskinin kütləvi sifarişi üçün tətbiq olunan gömrük rüsumu

Harddiski (HDD) kompyuterə tanıda bilmirəm.

Macbook-da Harddisk Dəyişdirərkən Köhnə Harddiskdəki Data və Sistemi İstifadə Etməkdə Problem Çıxırmı?