WordPress saytda seçilmiş müəyyən kategoriyada reklam yayımlamaq…

Salam. WP saytda bütün katiqoriyalar üzrə deyil, yalnız seçdiyimiz kategoriyadakı xəbərlərin tam mətnindən öncə, (yəni həmin kategoriyadakı xəbər başlığının üstündə) reklam yayımlamaq üçün reklam kodunu necə yerləşdirmək lazımdır. Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Elvin Hacı (2012-08-10 01:10:18)
Bir postun bir neçə kateqoriyası da ola bilər. Ona görə də kateqoriya İD-si birbaşa ədəd kimi çağırılmır. get_the_category() funksiyası obyekt olaraq məhz bütün kateqoriya məlumatlarını özündə saxlayır və bunu nümunədə vermişəm. Arqument olmayanda o cari postun kateqoriyasını götürür, məxsusi post üçün isə get_the_category(İD_NÖMRƏ); formatından istifadə etmək lazımdır. Siz verən kodda iki the_title var, deyəsən yuxarıdakı ancaq hansısa şərtdə görünür, bu theme-dən asılı şeydir deyə dərininə getmirəm. Ən yaxşısı hər ikisindən sonra ayrı ayrılıqda yazın test edin, hansı sizi qane etsə onu saxlayın. :)

Jurnalist (2012-08-10 00:32:53)
Əslində, kategoriya id-sini kateqoriya üzərinə mouse ilə gəlincə təyin edirik. Sadəcə, id təyin etməkdə Sizin də üsulunuzu bilmək istədim. Amma, əsas bilmək istədiyim verdiyiniz kodun konkret hansı sətrin altında ve ya üstündə yerləşdirilməsidir...

Jurnalist (2012-08-09 02:13:16)
Öncə, cavabınız üçün təşəkkürlər Elvin bəy! Kategoriyanın İD nömrəsini daha dəqiq necə təyin etmək mümkündür? Bir də single.php dosyasında 2 the_title var. Burda kodlardan bir parça qeyd edirəm. Verdiyiniz kodun daha dəqiq harda yerləşdirilməli olduğunu zəhmət olmasa, yaza bilərsinizmi? (Kateqoriyanın dəqiq ID təyin etmə üsulu ilə birlikdə) [code]&raquo; <?php echo(get_post_path(get_the_ID(), ' &raquo; ')); ?> &raquo; <?php the_title(); ?> </div> <?php endif;?> <!--div class="post"--> <div id="post-<?php the_ID(); ?>" <?php post_class('post'); ?>> <h1><?php the_title(); ?></h1> <?php if ($options[$shortname.'_show_post_info']=='yes'):?> <?php echoPostInfo();?> <?php endif;?> <div class="content"> <?php the_content(); ?>[/code]

Elvin Hacı (2012-08-07 09:44:55)
Salam. Appearance-Editor-dan Single.php-ni açın the_title ilə the_content arasında bir yerdə aşağıdakını yazın. (444 tutaq ki, kateqoriyanın İD-sidir) [code] <?php $categories = get_the_category(); foreach($categories as $category) { if ($category->ID==444) {echo 'Reklam banneri bura';} } ?> [/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Wix haqqında məlumatı olan var?

WordPress saytda vidgetleri editlemek və yeni vidgetlerin əlavə edilməsi haqqında

wordpress üçün favicon

WordPress üçün hosting hardan alım…

sayt istifadeci sayi

WordPress Qeydiyyat Plugini