Play Station 3 seçimində kömək.

Hər kəsə salam! Mən Play Station 3 almaq istəyirəm ebay-dan. Amma Ps 3 haqqında məlumatım demək olar ki, çox azdır. Bir neçə sualım var. 1) Mən ebayda müxtəlif cür PS 3 modelləri görürəm. Bunlar bir birindən yalnız yaddaşlarına görə fərqlənirlər. Məslən 20, 40, 80, 120, 160, 180, 250, 320 Gb və s. Demək istəyirəm ki, əgər mən zəif Gb-lıq Ps 3 alsam belə diskdəki oyunları kompüterin yaddaşına köçürmədən, birbaşa oynamaq mümkündür? (PS 2-dəki kimi) 2) Eyni oyunu həm 40 Gb-lik həm də 320 Gb-lik kompüter götürür? 3) Əgər oyunları yükləmədn birbaşa oynamaq mümkündürsə, oyunda keçilən levell-lər və s. kompüterin yaddaşında qalırmı? Yəni məsələn, PES 2012 oyununda Mater League və ya Became A Legend yaradanda, onlar yaddaşda qalır? 4) Bu PS 3-lər yaddaşından başqa nəyi ilə fərqlənir? Xahiş edirəm mənə kömək edin. əvvəlcədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Osman (2013-05-07 14:41:50)
Salam hamıya.Sizcə Playstation 3-ün hansı versiyası məsləhətlidir? Birdə ki, 40 gb ilə 360 gb arasında fərq nədən ibarətdir? Yəni bu köçürülən oyunlara öz təsirini göstərəcək?

Халид (2012-08-12 17:58:25)
ok , cox tesekkur

fightclub_husen (2012-08-10 00:22:19)
İşləmədiyin dəqiq deyə bilmərəm amma siz hər ehtimala qarşı PAL alın.

Халид (2012-08-09 16:30:33)
çox sağ ol məlumata görə . mən amerikadan sifariş versəm NTSC alsam burda işləməz indi ?

fightclub_husen (2012-08-09 15:54:22)
Salam.PAL Avropa standartıdır NTSC isə Amerika.NTSC də 1 saniyədə olan kadrların sayı 30 PAL da isə 25-dir.Azərbaycanda istifadə olunan PAL-dır.

Халид (2012-08-09 12:27:34)
salam , mənim də ps3-ə aid sualım var . ps3-lər PAL və NTSC olur bunların fərqi nədi ?

isiqaqa (2012-08-08 13:29:23)
Məlumata görə çox sağ olun. İnşallah, slim alaram :)

fightclub_husen (2012-08-08 13:18:58)
Hər ikisidə oyunu götürür fərqi yoxdur.Amma PS3 alanda slim olmasına diqqət edin.FAT məsləhətli deyil həm çox qızır həmdə XBOX dakı 3 qırmızı probleminə bənzər olan sarı işıq problemi var.

isiqaqa (2012-08-08 04:43:54)
Bir sual yaddan çıxdı deyəsən :D Demişdim ki, eyni oyunu hər iki koputer götürür? 40 və 320 GB-lar?

isiqaqa (2012-08-08 04:08:24)
Məlumatlara görə çox sağ olun

Ezio (2012-08-08 03:27:55)
1) Bəli Ps 2-dəki kimi diski taxıb oynamaq mümkündür. 2) 40 gb və 320 gb ps 3-lər arasındaki fərq sadəcə yaddaş tutumuna görədir. 3) Oyun save-lərinin hamısı Playstation Network bazasında saxlanılır 4) Ps 3-lərin Fat və Slim modelləri var.Slim fatdan sonra çıxan yeni texnologiyadır.Daha səssiz çalışar daha az qızar və s.Hal hazırda səhv etmirəmsə fat modellerənin istehsalı dayanıb, bazarda olan modellər slim olmalıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PS3 Pes 2013 üçün patch’lar

Xbox və Ps3

Bakıda Ps3-ün qiymeti

Köhnə qiymətə ps3 hardan tapa bilərəm ?

Ps3-e diskden oyun yüklemek olur?

playstation 3 modelləri arasında fəqr