Linuxda ad-hoc şəbəkə yaratmaq

Salam. Məndə bir usb-wifi var. Kitay istehsalı olsa da daxilindəki Realtek chipidir. Windows 7 işlətdiyim dövrdə əvvəllər interneti pc-dən ad-hoc network yaradıb share edirdim, sonra realtekin rəsmi saytından bu qurğunun utilitini tapdım, orada hər şey rahat idi, özündə hətta AccessPoint Mode da var idi, yəni ki hər şey vizual - rahat idi. İndi məndə PC-də Centos -du, bu usb qurğunu server tanıyır - yəni ki, ətrafda olan wifi şəbəkələrin adlarını görürəm. Amma mənə lazımdır ki, PC-dəki interneti bu usb-wifi vasitəsilə share edim - və bu share olunmuş şəbəkəyə netbook ilə qoşulum. Netbook-da ƏS Ubuntu 12.04 -dür. Bir neçə forumdan faydalanmaq istədim google ilə, bir çox metodları yoxladım, amma alınmır . Yaradılmış adhoc şəbəkəni Windows görür, Ubuntu yox. Ümumiyyətlə ubuntuya nə olubsa , heç özü özünü ping edə bilmir. Mümkünsə kömək edərdiniz.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Alibeyov (2012-08-09 16:11:20)
İşləmədi. Mümkünsə mənə kankret üsulu deyin, Centosdakı ethernet interneti wifi ilə necə paylaşdırım? Və buna Ubuntu ilə necə qoşulum?

ahmed (2012-08-09 14:58:59)
sonuncu əmr sudo ifconfig wlan0 up şəklində olmalıdır.

ahmed (2012-08-09 14:56:07)
Əgər centos -də yaratdığın ad-hoc əlaqəsin Windows -da görürsənsə və şəbəkəyə qoşula bilirsənsə deməli ad-hoc rabitəsi düzgün işləyir. Qalır Ubuntunu bu rabitəyə qoşmağa, harada ki ümumiyyətlə heç bir problem olmamalıdır, sadəcə mövcud wi-fi əlaqələri siyahısından öz yaratdığını seçirsən vəssalam. Problem Ubuntunun şəbəkəsindədir aydın olan. Ubuntu adətən şəbəkəyə qoşulu olmadıqda localhost ping etmir. sudo ifconfig lo up əmrindən sonra ping getməlidir, amma bunun məsələyə aidiyyəti yoxdur. ifconfig əmrini daxil et və yoxla ki, wireless qurğu aktivdir ya yox. Əgər olmasa lspci əmri ilə wireless qurğusunun məlumatlarına bax. Bundan /etc/network/interfaces qovluğunda yaratmış olduğun ad-hoc əlaqəsi ilə bağlı fayl olmalıdır (Ubuntuda, əgər əlaqəni görürsə). Onu aktivləşdirmək üçün sudo ifup /etc/network/interfaces/ad-hoc-faylinin-adi daxil edə bilərsən. Mənə elə gəlir sən sadəcə Ubuntuda wireless interfeysi aktivləşdirməlisən: sudo ifup wlan0

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Linux Ubuntu

Centos 6 boot problemi

Azərcell datakartı ubuntuda istifadə

Linux terminal komandaları (bütün distributivlər üçün) lazımdır

Linux Distributivlərindən məsləhətlisi hansıdır?

Linux platformasinda photoshop ishleyen hansi OS var?