Kompüteri yandıranda komputerin saatı geri qalır

Salam. Mən hər dəfə komputeri yandıranda komputerin saatı geri qalır.Bunun səbəbi nə ola bilər? Komputerin saatını düzəldirəm , komputerdən istifadə etdikdən sonra söndürürəm , 2-3 saatdan sonra komputeri yandıranda ekranda aşağıda sağ tərəfdə saat yenə də geri qalır.Bu problemi necə düzəldə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

MrTahirson (2012-08-13 10:28:27)
Salam, fikrimcə problem BİOS batareyasında deyil, onlar çox nadir hallarda xarab olurlar, sadəcə Regional settingsdən (yerini tam dəqiq bilmirəm) vaxta "GMT+4 Baku" qoysa, vaxt bir də dəyişməyəcək.

Ilkin Alizadeh (2012-08-11 18:42:56)
Çox sağ olun.

Namiq Bəndəli (2012-08-11 18:00:34)
Batareya, ana kartın bu hissəsindədir:

Namiq Bəndəli (2012-08-11 17:59:27)
BİOS batareyasını dəyişdir.

ferid1990 (2012-08-11 11:38:50)
hər hansı bır kompyuterdə,kompyuter söndükdən sonra saatı yadda saxlaması üçün kiçik yumru batareyası olur.çox güman ki,sizdə saatın batareyası köhnəlib onu dəyişməlisiniz.

Mete (2012-08-11 11:34:49)
salam.bəlkə batereyasındandı?