Hostbaycan.com Haqqında

Salam Mənə hosting və domain lazımdı google dan araşdırma edirdim hostbaycan.com çıxdı ,yerli hosting şirkəti olduğu üçün ordan almaq istədim , cavablar.nete uzun zamandı girirdim və hal hazırda böyük bir holdingdə işləyirəm və böyük bir proje hazırlayırıq (bitmək üzrədi) onun üçün yerli şirkətdən almaq və sizlərdən hostbaycan.com haqqında məlumat toplamaq istərdim. Hörmətlə Nurlan Həsənov

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Nurlan Hesenov (2012-08-13 21:32:45)
cavabınız üçün təşəkkür edirəm. siz cavabınızdan sonra hostbaycan.com u bizim rəhbərə təqdim etdik bugün. Hər kəsə öz minnətdarlığımı bildirirəm bundan sonrakı gedişatı (hostbaycan.com la əlaqəli) buradan sizinlə paylaşacam. Hörmətlə... Nurlan Həsənov

Elvin Hacı (2012-08-13 19:31:20)
Yerli hostinqə o zaman xüsusi üstünlük vermək olardı ki, serverlər burada yerləşir deyə sayt daha sürətlə işləyəcək filan. Amma Hostbaycan-ın öz saytının serveri ABŞ-da Nyu York-da yerləşir. Deməli xarici bir datacenter-də yer alıb, onun burda re-selleri rolunda çıxış edirlər. Yəni ki server fiziki olaraq xarici serverdir. Ona görə də baxın da, hansı qiymətcə sərfəlidir onu da alın.

Nurlan Hesenov (2012-08-13 16:30:17)
Cavablarınız üçün təşəkkür edirəm. Biz əsasən yerli hostingə üstünlük vermək istəyirik. hostbaycan.com haqqında öz çevrəmizdə araşdırma etdik dən sonra hər hansı bir negativ fikirlərlə qarşılaşmadıq. Hətta İT yoldaşlarımızın çoxu hostbaycan.com u bizə tövsiyyə etti. Qabaqcadanda bildirdiyim üzrə mən uzun zamandı cavablar.net in təqibçisiyəm bu səbəbdən burada mövzu açaraq bu iş haqqında ətraflı məlumat almaq istədim. Sizlərdən xahişim tövsiyə bildiyiniz yerlərdən niyə almalıyam və ya tövsiyə etmədiyiniz yerdən hansı səbəbə görə almamalıyam bu haqda da mənə köməklik edəsiniz. Məcbur qaldıqdan sonra xaricdən hosting alacağıq. Dedicated almamğımızın səbəbi test etdikdən sonra və xitləri nəzərə alaraq dedicatedə keçəcəyik. Hörmətlə Nurlan Həsənov

Onar Alili (2012-08-13 00:03:05)
Salam Üstündə o qədər zəhmət çekdiyiniz layihəni etibar ediyiniz yer burda olan serverlər olmalı deyil. Azərbaycan serverləri hələki etibarlı deyil. Hostgator.com məsləhət görürəm.

Elvin Hacı (2012-08-12 23:41:54)
Böyük şirkət saytıdırsa hostingdənsə Dedicated Server alın. Hər hansı xarici şirkətdən. Godaddy, Site5, Hetzner və.s.

VendeTTA (2012-08-12 22:32:43)
Hostbaycan.com məsləhət görmürəm. Bir dəfə iş görmək istədim, adicə ofisləri belə yox idi. Yəni ciddi bir proektə oxşamır deyə fikrimdən daşındım dərhal.

Cabbarov Sübhan (2012-08-12 21:18:56)
Əgər böyük layihədirsə və ya dövlət ilə bağlıdırsa məsləhət görərdim Delta Telecom-a müraciət edəsiniz. datacenter.az

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WP saytın hostda tutduğu sahə ilə ilgili

Domen üçün NS

Film yükləməq imkanı verən video-hosting saytı

publicdomainregistry.com da nece qeyd olum?

Hansı havayı hostinq saytını məsləhət görə bilərsiniz?

Domen qeydiyyat