Tablet PC seçimində kömək.

tablet pc almaq istəyirəm. Samsung Galaxy Tab 2-n modellərinə baxanda (konkret 3100) əvvəlkilərdən (Galaxy tab 6800) daha zəif parametrlərdə olduğunu gördüm Maraqlıdır ki, əgər bu 2dirsə niyə əvvəlkindən zəif parametrdədir? Hansı tabı məsləhət görərdiniz?

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Ibrahim (2012-08-17 08:16:48)
Dubaydan P3100 16gb 350 manata gətizdirə bilərsən..

Elvin Hacı (2012-08-15 00:38:51)
Həə yadıma düşdü, tanış uşaqlarda vardı, test də etmişəm. Qiyməti bahadır amma.

Namiq Bəndəli (2012-08-14 23:53:03)
Samsung Galaxy Tab 2 (P3100)

Elvin Hacı (2012-08-14 23:28:08)
Aha 1 ay gözləmək problem olmaz. 3G-yə gəldikdə isə yaralı yerimizdir :) 7 düymlülərdən 3G dəstəkli olan normal tablet var ki ümumiyyətlə? Nəsə yadımda qalanı yoxdur.

beta-nueva (2012-08-14 23:15:26)
Google Nexus 7 Computexe gəlməyib. Saytda yalnız senytabrın 15-dən sonra olacaq. Təxminən 2 aydır bütün forumlarda tabletləri araşdırıram. Daşınma baxımından 7" ekran axtarıram. P6200 ilə P3100 arasındakı fərqi bu linkdə görə bilərsən. Əlbəttə ki, P6200 xeyli irəlidədir. Mənim üçün tabletlərin şahı P6800-dür ))) qiymət biraz bahadır bizdə. Xaricdən 150-200 manat ucuzuna ala bilərsən. hələlik isə mən də sənin kimi Computexdən Nexus 7 gözləyirəm..

Namiq Bəndəli (2012-08-14 22:25:16)
Google nexux7 çox üstün göstəricilərə malik olsa da 3G heyf ki dəstəkləmir. Amma qiyməti əladır, hətta superdir! computexdə satışı 1 ay sonra gözlənilir, gözləyə bilərəm.)

Elvin Hacı (2012-08-14 12:38:41)
Nexus 7 niyə sınamayasız o halda? Artıq Computex-ə də gəlib 249 azn-ə. Parametrləri qiymətinə görə idealdır. ƏS baxımından da hazırda mövcud olan ən yaxşı, ən müasir tabletdir.

Onar Alili (2012-08-14 12:16:29)
Archos keyfiyyeti yoxdur,mağazada baxsaz özünüzdə görəcəksiz,tez sıradan çıxır eşitmişəm.

Namiq Bəndəli (2012-08-14 12:13:19)
doğrusu kindle fire da düşünmüşəm. amma 3G, GPS, bluetooth, camera olmaması, ramın 512 olması fikrimi qarışdırır. Archos modelləri var, amma nə dərəcədə yaxşı olduqları barədə fikrim yoxdur.

Amil (2012-08-13 16:33:08)
iPad, ya da ki, Microsoft Surface Tablet-i gozlüyün.

Elvin Hacı (2012-08-13 16:02:28)
Tablet bazarında Amazon Kindle Fire gələndən digər rəqiblərin bazarı ciddi şəkildə kiçildi, səbəbsə Kindle Fire-nin çox ucuz olması idi. 199$ Fire çıxdı, həmin vaxt rəqibləri 500-700$ arası satılırdı. Ona görə də bu ildən artıq bütün rəqiblər parametrlərdə qənaət hesabına da olsa nisbətən ucuz modellər buraxmağa başladılar. Ən ucuzu isə Google Nexus 7 oldu, o da 199$.

Onar Alili (2012-08-13 15:31:49)
İndi ev istifadəçisinə görə birində əgər Andriod 2`dirsə digərində 4`dürsə arada qiymət fərqi olur halbuki 2 olanı alıb 4 versiyasına yüksəltmək olur,Galaxy tab 2 tərifliyirlər,tab 6800`dan chipset fərqi bidə 64gb dəstəkləməyidir.məncə SAMSUNG GALAXY TAB 2 7.0 P3100 modeli yaxşı seçimdir təbii sənin büdcən imkan verirsə tab 2 10 olanlarıda baxa bilərsən. http://www.gsmarena.com/compare.php3?idPhone1=4543&idPhone2=4136

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Apple İpad air 2 vs google nexus 9

ipad-im qızır

Ipad ekran parlaqligi birden bire azalir

Planşet seçimində kömək

İpad minidə Azərbaycan dili varmı?

Rus alış veriş saytı