TFT və LCD ekran

LCD və TFT ekranın fərqi nədədir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

WaRRioR (2012-08-16 22:44:48)
TFT displeyi. İngiliscə mənası “Thin Film Transistor” adlanır. Bu displeylər müasir zamanda çox geniş yayılıblar. Bu displeyin əsas iş prinsipi transistor adlanan detaldan ibarətdir. Görüntünün piksel adlanan hər bölməsinə 3 ədəd transistor nəzarət edir. Bu transistorlar hər biri TFT displeyin əsasını təşkil edən 3 ədəd rəngdən birinə məxsusdu. Bunlar qırmızı, yaşıl və göy rənglərdi. İngilis dilində bu xüsusiyyətə qısa olaraq RGB (yəni Red, Green və Blue) deyilir. Bu displeylərdə ümumi olan bir kondensator bütün transistorlara nəzarət edir. Bu prinsip ancaq TFT ekrana məxsusdu. TFT displeylərə məxsus olan MP-Si TFT qrupu da var. Amma bu qrup haqqında sizə məlumat verməyəcəm. Çünki bu qrup displeylər telefon sənayəsində istifadə olunmur. STN adlanan displeydən fərqli olaraq TFT displeyi daha az mikrosxemlərdən istifadə edərək görüntünü daha dəqiq nümayiş etdirməyə qadirdi. Bu tip ekranlara məxsus olan telefonlar günəş işığı altında ekranı normal şəkildə nümayiş etdirir. Müasir dövrdə isə bu çox böyük uğurdu. Çünki digər qruplara məxsus olan displeylər günəş işığı altında ekranı yaxşı nümayiş etdirə bilmirlər. Onlar daha çox kölgə və ya işıq az olan yerlərdə nümayişi yüksək səviyyəyə çatdıra bilirlər. LCD displeyi. İngiliscə mənası “Liquid Crystal Display” adlanır. 4 qrupa daxil olan displeylər arasında telefonlara məxsus ən az yayılmış displey qrupu məhz LCD sistemidir. LCD displeyə məxsus olan telefonlar azlıq təşkil edir. Buna baxmyaraq bu displeylərdən daha çox televizor istehsalı sənayasində istifadə olunur. Bu displeyin iş prinsipini qatı kristal maddəsi təşkil edir. Qatı kristal ilə yanaşı bu displeyin iş rejimində qatı kristalı aktivləşdirmək üçün nəzərdə tutulmuş multipleksor, rəngli filtr və işıqlandırma qurğusu iştirak edir. LCD displeylərin ikinci adı polisilikon adlanır. LCD displeyləri TFT displeyinə nəzərən daha çox enerji istifadə edir.

WaRRioR (2012-08-16 22:44:15)
əsas iş prinsipi transistor adlanan detaldan ibarətdir. Görüntünün piksel adlanan hər bölməsinə 3 ədəd transistor nəzarət edir. Bu transistorlar hər biri TFT displeyin əsasını təşkil edən 3 ədəd rəngdən birinə məxsusdu. Bunlar qırmızı, yaşıl və göy rənglərdi. İngilis dilində bu xüsusiyyətə qısa olaraq RGB (yəni Red, Green və Blue) deyilir. Bu displeylərdə ümumi olan bir kondensator bütün transistorlara nəzarət edir. Bu prinsip ancaq TFT ekrana məxsusdu. TFT displeylərə məxsus olan MP-Si TFT qrupu da var. Amma bu qrup haqqında sizə məlumat verməyəcəm. Çünki bu qrup displeylər telefon sənayəsində istifadə olunmur. STN adlanan displeydən fərqli olaraq TFT displeyi daha az mikrosxemlərdən istifadə edərək görüntünü daha dəqiq nümayiş etdirməyə qadirdi. Bu tip ekranlara məxsus olan telefonlar günəş işığı altında ekranı normal şəkildə nümayiş etdirir. Müasir dövrdə isə bu çox böyük uğurdu. Çünki digər qruplara məxsus olan displeylər günəş işığı altında ekranı yaxşı nümayiş etdirə bilmirlər. Onlar daha çox kölgə və ya işıq az olan yerlərdə nümayişi yüksək səviyyəyə çatdıra bilirlər. LCD displeyi. İngiliscə mənası “Liquid Crystal Display” adlanır. 4 qrupa daxil olan displeylər arasında telefonlara məxsus ən az yayılmış displey qrupu məhz LCD sistemidir. LCD displeyə məxsus olan telefonlar azlıq təşkil edir. Buna baxmyaraq bu displeylərdən daha çox televizor istehsalı sənayasində istifadə olunur. Bu displeyin iş prinsipini qatı kristal maddəsi təşkil edir. Qatı kristal ilə yanaşı bu displeyin iş rejimində qatı kristalı aktivləşdirmək üçün nəzərdə tutulmuş multipleksor, rəngli filtr və işıqlandırma qurğusu iştirak edir. LCD displeylərin ikinci adı polisilikon adlanır. LCD displeyləri TFT displeyinə nəzərən daha çox enerji istifadə edir. Mənbə: http://mobilim.az/forum/topic_2619

Onar Alili (2012-08-14 09:09:34)
Burda sizin sual verilib və ətraflı izah olunub.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Monitor problemi

1366*768mm ölçülü keyfiyyətli kabel hansıdır?

Asus A52J LCD kabel

Optimal monitor brightness/contrast ayarları