Azərbaycanda şəxsi web server?

Salam. Belə bir şey mümkündürmü? Orta güclü bir Hp server almaq, Bakıda bir ofis açıb (və ya kirayə götürüb) serveri yerləşdirmək, Ups -lə işığ sönmək probleminin qarşısını almaq, hansısa provayderdən (məsələn Aktiv-ol) optik internet çəkdirmək, lazımlı Software-ni qurmaq. Sizin fikrinizcə bu server bu mühitdə ideal işləyə bilərmi? Yoxsa hansısa datacenter-dən kirayə server götürmək və ya şəxsi serveri datacenter-də yerləşdirmək məsləhətdi? Və ya ümumiyyətlə şəxsi fikirlərinizi deyərdiniz, Sizə - heç kimdən asılı qalmamaq üçün web server lazım olsaydı, nə edərdiniz?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

T09RU1 (2012-08-16 13:59:15)
VendeTTA, Delta telecom verirdə. Sübhan dediyi kimi 2-3 nəfərlə etmək olar. Ya da Orxan dediyi kimi delta-telecomun datacenterində serverivi qurmaq olar. O daha sərfəli olar

VendeTTA (2012-08-16 02:17:44)
Heç olmasa 100 mb/s ötürücülük qabiliyyəti olan port lazımdır. Bu da ki bizdə hələ yoxdur.

Orxan Hamzayev (2012-08-15 18:09:59)
Sərfəlisi məncə http://datacenter.az

Cabbarov Sübhan (2012-08-15 17:04:28)
2-3 adamla birlikdə etməyə dəyər. Çünki işin sonunda şəxsi serverin və onun bütün parametirlərini istədiyin kimi düzəltmək imkanı olacaq. Bundan əlavə əla təcrübə olardı.

T09RU1 (2012-08-15 15:24:09)
ideal işləməsi üçün soyutma sistemi də lazım olacaq məncə. Baha başa gələcək. Ofisin kirayə pulu, ups, işıq uzun müddətli sönlü olsa generatorda lazım olacaq. internetin pulu . Datacenterde yerləşdirmək daha sərfəli olar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Traffic Inspector-la problem

WordPress proyekti yeni serverə köçürmək üçün məsləhət

Server2003+Ubuntu+Windovs7=şəbəkə

Microsoft MD-100 sertifikatı

Saytın başqa severə köçürülməsi və yeni domen adı ilə istifadə

Evdə Web Server qurmaq ?