XBOX 360 seçimində kömək.

Hər kəsə salam! mən bu yaxınlarda bu saytda ebaydan PS3 almaq üçün sual vermişdim. Və sualıma cavab verən hər bir kəsə minnətdaram. Amma bu gün ebayda XBOX və PS3-ün qiymətlərinə baxanda, qiymətlərin eyni olduğunu və hətta XBOX-un bəzi modellərinin ucuz olduğuna şahid oldum. Bu saytdada xbox haqqında araşdırdım. 1 sual verilmişdi. XBOX-un PS3-dən fərqi. Və həmin sualda XBOX-u məsləhət görmüşdülər. Mən də indi fikrimi dəyişib XBOX almaq istəyirəm. Youtube-də də PS3 və XBOX 360-ın fərlərinə aid çoxlu videolara baxdım. Və HD baxımından XBOX-un oyunları çox güclüdür. İnşallah, mən indi ebaydan XBOX almaq istəyirəm. Amma XBOX 360 haqqında demək olar ki, məlumatım 0-dır. Hansı modeli seçəcəyimi və s. bilmirəm. Mənə bu mövzuda kömək edə bilərsiniz? Bundan əlavə bir neçə sualım var idi.

1) Mən ebayda axtarış edərkən XBOX 360 4Gb-dan tutmuş 250Gb-ya qədər çoxlu modellər gördüm. Amma belə bir şübhə yarandı məndə. 4GB-lıq XBOX ilə 250Gb-lıq arasında qiymət baxımından heç bir fərq yox idi. Ola bilməz axı bu. Sizcə bunun səbəbi nədir?

2) Əgər İnşallah, XBOX alsam modeli seçərkən nələrə fikir verməliyəm?

3) Ağ və qara modellər bir-birindən fərqlənirmi?

4) Ebayda satılan işlənmiş 2-3 dollarlıq XBOX üçün olan disklər orginal sayılırmı? Yəni XBOX Live dəstəyi varmı?

5) Keçən dəfə bu sualı vermişdim. PS3-dəki kimi diski taxıb, yaddaşa köçürmədən oynamaq mümkündürmü?

Bu qədər sualla sizi narahat etdiyimə görə bağışlayın. Üzrlü sayın. Xahiş edirəm, mənə XBOX seçimində kömək edəsiniz. Əvvəlcədən təşəkkürlər!!!


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Türk forumlarından topladığım məlumata əsaslanaraq, bu XBOX-u aldım. 120 Gb-dır, Paldır, Almaniyanındır. Fikirlərinizi bilmək istəyirəm.

http://www.ebay.com/itm/261078527208

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bir nəfər belə olsun cavab yazmır ee. Heç kimin XBOX haqqında məlumatı yoxdur?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:05, 16/08/2012 ) #19103

Salam,
1) Əlbəttə ki, yaddaşı çox olan daha bahalı olmalıdır.
3) Ağ və qara modellər yalnız rənginə görə fərqlənir.
4) Ola bilər, amma hər halda işlənmişdi.

Aldığınız xBox-a gəldikdə isə çox yaxşıdır, Almaniyanındırsa, deməli çox keyfiyyətlidir. Sağlıqla işlədəsiniz!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Çox sağ olun! Qalır bir dənə XBOX-a disklər seçmək 😀

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:30, 16/08/2012 ) #19106

Xbox slim versiyasını alın 250 gb slim və yaxud 4gb slim.Digər XBOX larda 3 qırmızı problemi var.Bunuda təmir etmək olmur.Ona görə slim daha etibarlıdır.Xbox-un yaddaşına oyun yazıb oynamaq olur bunun üçün XBOXu freeboot etmək lazımdır.Bakıda bunu 60-80 manata edirlər.Amma mən məsləhət görərdimki Xbox-un dvd rom-unu proşifka edib diskdən oynayasınız.4 gb və 250 gb arasındada sadəcə olaraq yaddaş fərqi var qalan heç bir fərq yoxdur.Son olaraqda XBOX-u burdan almağınızı tövsiyyə edirəm çünki gömrükdə ilişsə malın qiymətinin 30 faizini gömrük rüsumu alacaqlar.Həmdə gələn malın brak çıxma ehtimalıda ola bilər.Burda proşifka olunmuş XBOX slim hardasa 380 manatdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Proşifkaa??? Bəs əgər mən XBOX-u proşika etsəm, Microsoft mənim XBOX-umu ban edəcək axı. BEləliklədə XBOX Live işləməyəcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (16 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024