XBOX 360 seçimində kömək.

Hər kəsə salam! mən bu yaxınlarda bu saytda ebaydan PS3 almaq üçün sual vermişdim. Və sualıma cavab verən hər bir kəsə minnətdaram. Amma bu gün ebayda XBOX və PS3-ün qiymətlərinə baxanda, qiymətlərin eyni olduğunu və hətta XBOX-un bəzi modellərinin ucuz olduğuna şahid oldum. Bu saytdada xbox haqqında araşdırdım. 1 sual verilmişdi. XBOX-un PS3-dən fərqi. Və həmin sualda XBOX-u məsləhət görmüşdülər. Mən də indi fikrimi dəyişib XBOX almaq istəyirəm. Youtube-də də PS3 və XBOX 360-ın fərlərinə aid çoxlu videolara baxdım. Və HD baxımından XBOX-un oyunları çox güclüdür. İnşallah, mən indi ebaydan XBOX almaq istəyirəm. Amma XBOX 360 haqqında demək olar ki, məlumatım 0-dır. Hansı modeli seçəcəyimi və s. bilmirəm. Mənə bu mövzuda kömək edə bilərsiniz? Bundan əlavə bir neçə sualım var idi. 1) Mən ebayda axtarış edərkən XBOX 360 4Gb-dan tutmuş 250Gb-ya qədər çoxlu modellər gördüm. Amma belə bir şübhə yarandı məndə. 4GB-lıq XBOX ilə 250Gb-lıq arasında qiymət baxımından heç bir fərq yox idi. Ola bilməz axı bu. Sizcə bunun səbəbi nədir? 2) Əgər İnşallah, XBOX alsam modeli seçərkən nələrə fikir verməliyəm? 3) Ağ və qara modellər bir-birindən fərqlənirmi? 4) Ebayda satılan işlənmiş 2-3 dollarlıq XBOX üçün olan disklər orginal sayılırmı? Yəni XBOX Live dəstəyi varmı? 5) Keçən dəfə bu sualı vermişdim. PS3-dəki kimi diski taxıb, yaddaşa köçürmədən oynamaq mümkündürmü? Bu qədər sualla sizi narahat etdiyimə görə bağışlayın. Üzrlü sayın. Xahiş edirəm, mənə XBOX seçimində kömək edəsiniz. Əvvəlcədən təşəkkürlər!!!

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

İsgəndər Cəfərov (2012-08-17 13:48:48)
Proşifkaa??? Bəs əgər mən XBOX-u proşika etsəm, Microsoft mənim XBOX-umu ban edəcək axı. BEləliklədə XBOX Live işləməyəcək.

İsgəndər Cəfərov (2012-08-16 19:03:42)
Çox sağ olun! Qalır bir dənə XBOX-a disklər seçmək :D

fightclub_husen (2012-08-16 16:30:35)
Xbox slim versiyasını alın 250 gb slim və yaxud 4gb slim.Digər XBOX larda 3 qırmızı problemi var.Bunuda təmir etmək olmur.Ona görə slim daha etibarlıdır.Xbox-un yaddaşına oyun yazıb oynamaq olur bunun üçün XBOXu freeboot etmək lazımdır.Bakıda bunu 60-80 manata edirlər.Amma mən məsləhət görərdimki Xbox-un dvd rom-unu proşifka edib diskdən oynayasınız.4 gb və 250 gb arasındada sadəcə olaraq yaddaş fərqi var qalan heç bir fərq yoxdur.Son olaraqda XBOX-u burdan almağınızı tövsiyyə edirəm çünki gömrükdə ilişsə malın qiymətinin 30 faizini gömrük rüsumu alacaqlar.Həmdə gələn malın brak çıxma ehtimalıda ola bilər.Burda proşifka olunmuş XBOX slim hardasa 380 manatdır.

Amil (2012-08-16 16:05:59)
Salam, 1) Əlbəttə ki, yaddaşı çox olan daha bahalı olmalıdır. 3) Ağ və qara modellər yalnız rənginə görə fərqlənir. 4) Ola bilər, amma hər halda işlənmişdi. Aldığınız xBox-a gəldikdə isə çox yaxşıdır, Almaniyanındırsa, deməli çox keyfiyyətlidir. Sağlıqla işlədəsiniz!

İsgəndər Cəfərov (2012-08-16 15:38:40)
Bir nəfər belə olsun cavab yazmır ee. Heç kimin XBOX haqqında məlumatı yoxdur?

İsgəndər Cəfərov (2012-08-15 23:01:29)
Türk forumlarından topladığım məlumata əsaslanaraq, bu XBOX-u aldım. 120 Gb-dır, Paldır, Almaniyanındır. Fikirlərinizi bilmək istəyirəm. http://www.ebay.com/itm/261078527208

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

XBOX-a aid internetdə disk seçimi.

Xbox 360

XBOX oyunları PC konvert elemək olur ?

Xbox və Ps3