XBOX-a aid internetdə disk seçimi.

Hər kəsə salam! Mən ebay-dan dünən PAL XBOX Slim 120GB aldım. İndi qalır bir dənə bu konsola disklər seçmək. Bakıda satışda disklər çox bahadır. İnternetdən almaq istəyirəm. Amma ebay-da diskləri almaq üçün axtarış verərkən, müxtəlif cür adlar çıxır. Bu disklərə aid bir neçə sualım olacaq. 1) Bəzi disklərin üzərində sağ tərəfdə yuxarıda küncdə XBOX LİVE yazılır. Bu nə deməkdir? 2) Bəzi disklərdə isə bu olmur. Məsələn, PES 2012, WWE 12 kimi oyunlarda bu söz yoxdur. Bu o dəməkdir ki, bu oyunları internet vasitəsilə online oynamaq mümkün deyil? Yoxsa başqa bir mənaya gəlir? 3) Bəzi malların adında fərq var ebayda. Məsələn, belə sözlər yazılır: Manual only və ya Not Game bu sözlərin mənası nədir? 4) Əgər mən NTSC oyunlarını alsam mənim bu aldığım PAL XBOX-unda açacaq? 5) Ebaydan başqa hansı saytı mənə məsləhət görürsünüz disk almaq üçün. Çünki ebayda yaxşı disklər tapa bilmirəm. Xahiş edirəm mənə kömək edin! Əvvəlcədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

WaRRioR (2012-08-16 22:52:00)
1. XBOX LİVE onlayn oyun servisidir. Hansı diskin üstündə bu yazılıbsa deməli həmin oyunu www.xbox.com/live/ serverində (pul ödəməklə) oynamaq olar. Yəni başqa rəqiblər ilə mübarizə aparmaq olar. 2.Bəli. Əgər PES 2012-d bu yazılmayıbsa deməli həmin diskdə olan oyunu internetdə oynamaq olmaz. Çox güman ki, həmin oyunların LİVE versiyalı olan disklərini almaqla oynamaq olar. Başqa bəndlər barədə məlumatım yoxdu.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

hp pavilon diski gec oxuyur

Diskdəki kinonu kompyuterə kopyalamaq

Komp diski oxumur

2 disk yeri?

komputer diski acmir.

Diskdəki Windows hansi …