Saytın, İnternet Explorer-də açılmasında xəta!

Salam. Saytı İE-də açanda müəyyən səhvlər olur. Məsələn: sağdakı widget-lər aşağıya düşür. Browserin zoom-nu 100%-dən çox edəndə, düzəlir. Qeyd edim ki, bu ancaq İE-də olur, digər browserlərdə yox. Bunu çarəsi var? Hansı tag-lara əlavə etmək lazımdır index.php-də? Öncədən təşəkkür edirəm!

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Elvin Hacı (2012-08-19 21:14:34)
Salam. Xətanın aradan qaldırılmasının universal bir yolu yoxdur, verstalşik baxmalıdır, bug-ları fix etməlidir. Amma işə başlamadan öncəki hal üçün isə universal həll var: CSS framework-lər. CSS Framework-lər öncədən bütün brauzerlərdəki fərqləri nəzərə alaraq eyni görüntünü təmin edir və sizə asanlıqla bütün brauzerlərdə eyni cür görünən sayt qurmaq imkanı verir. Bu cür FW-lara misal Blueprint, Bootstrap, 960GS və.s.