Ubuntuda problem

Mən internetə Dial-up vasitəsilə girirəm, (təbii ki, windowslarda). Ubuntunu komputerdə quraşdırdım. bu zaman Ubuntunun öz saytından yüklənməli olan faylları yükləmədim, adls net yoxdu ona görə(yəni Ubuntu komputerə quraşdırılanda mərkəzdən yüklənən faylları deyirəm). Sonradan isə Ubuntuda Dial-up vasitəsilə girmək üçün bu saytın istifadəçilərinə sual verdim. cavablar Qənaətbəxş deyildi: Gərək nə olursa olsun adls internet qoşulsun. mənim də buna imkan yoxdur. hemin faylları ancaq .deb ilə yazmaq olur. meselen, wvdial-ı yükləyib istifadə etmək üçün gərək nə qədər xırda-mırda programlar yazasan:birini yazırsan -girirsən içinə orda da yazılır ki, filan adda file lazımdır, demə də bu file-lər Ubuntu quraşdırılanda adls internetə qoşulan anda yüklənməliydi. Mənə elə bir əməliyyat sistemi deyə bilərsinizmi ki, zəlmət olmasa, windowsdakı kimi əsas driverləri üstündə olsun? daha install zamanı əlavə şeylərə ehtiyac olmasın? Bu Əməliyyat sistemi linux distrubituvlardan olsaydı daha yaxşı olardı. Əgər bu problemin həlli Ubuntuda mövcutdursa, Xahiş edərdim bunun həll yollarını izah edəsiniz. Bu problemlə düz 4 aydır ki, məşğulam.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

walter-spider1987 (2012-09-23 02:43:29)
linux mint-də xoşuma gəlmədi. düzü ubuntu kimi keyfiyyətlidey...

Alibeyov (2012-09-01 23:24:11)
Ubuntu Software Center -də əvvəlcə use source edin, sonra install gəlməlidi.

Alibeyov (2012-09-01 23:22:58)
Ubuntunu da internetə qoşulu vəziyyətdə, update və 3th part ilə birlikdə install edəndə hər bir şey olur.

Elvin Hacı (2012-09-01 22:30:10)
Software Center-dən edin Skype install.

Namaz Penahov (2012-09-01 20:10:31)
salam menim de bir problemim var ubuntu 12.04 versiyadi skype yukleyiremm cannot intsall yazilir

Namiq Bəndəli (2012-08-19 00:47:25)
Linux Mint yoxla. Ubuntudan fərli olaraq Mint, driverləri, əlavə proqramları, kodekləri olan distodur.

Elvin Hacı (2012-08-18 23:42:08)
Bu qədər əziyyət çəkməkdənsə dialup-dan fərqli bir internet tapın Ubuntu özü hər şeyi serverdən yükləsin. ADSL olmur 3G Datakart olsun, laptopdursa hər hansı bir yerə aparmaqla ordakı wi-fi olsun, Sazz 4G olsun və.s. Asanı qoyub çətin yolla gedirsiz. Dialup-ı artıq unutmaq lazım. Qənaətlə işlətdikdə Azercell, Bakcell Datakart aylığı sərfəli qiymətə ola bilər,əgər maddi fərq önəmlidirsə

Mete (2012-08-18 13:54:25)
digər linux növlərindən xubuntu və ya kubuntunu yoxlayın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Linux Windows dualboot

Fiber Optik internet vasitəsilə TV kanallara baxmaq

Internetde Kesintiler

Birinci yüklənən sistem

Bakıda evə 100mbps+ internet verən provayder var?

telefon almaq, seçim