Brauzerdə peyda olan foto haqqında

Salam. Bəzən Chrome brauzeri ilə sayta girərkən brauserin küncündə qara eynəkli, şlyapalı ve əynində plaş olan kişi rəsmi görünür. Bir neçə saniyədən sonra isə bu şəkil yox olur. Sizcə, bu nədir? Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Jurnalist (2012-08-26 22:02:00)
Təkrar təşəkkürlər, Elvin bəy!

Elvin Hacı (2012-08-19 01:43:54)
Salam. Bu Incognito rejim deməkdir. Öz-özünə heç cür peyda ola bilməz. Ctrl+shift+N ilə və ya menyudan New incognito ilə və ya hiperlinkə basanda Open with Incognito ilə gələ bilər. Mahiyyəti isə budur ki, İncognito rejimdə hansı saytlara girdiyiniz brauzer yaddaşında qalmır, eləcə də cache və cookies də qalmır. Yad bir kompüterdə öz email və ya sosial şəbəkə hesablarınızı yoxladıqda istifadə edilməsi çox faydalı bir rejimdir. Pəncərəni bağlamaqla artıq heç bir iz qalmır və təhlükəsizlik qorunur. Logout, Clear history, clear data və.s. etməyə gərək qalmır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google chromeda reklamları yığışdırmaq

Google Chrome düzəliş

Komputerimde Google chrome heç cürə işləmədiyinə görə Necə düzəldə bilərəm?

Google chrome reklam açılır

Google Chrome

Google Chrome haqqında sual