Datakart barədə.

Salam.Mənə internetə qoşulmaq üçün sürətli datakart lazımdır limitsiz paketli.Lənkəranın Boladı kəndində yaşayıram.Hansı data kartı məsləhət görərdiniz?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Alparslan (2012-08-24 12:28:11)
Azercell Seher icinde 7mb 8mb super yani!

coni engels (2012-08-24 10:49:15)
Azercell-dən xoşum gəlməsə də datakartı məsləhətdi.

aydincik (2012-08-20 12:12:41)
zəng vururam qeydə alırıq deyirlər amma 4 aydırki qeydə alırlar heç bir nəticə yoxdur

Elvin Hacı (2012-08-20 02:01:17)
Azercell müştəri xidmətlərinə zəng vurun

aydincik (2012-08-20 00:34:32)
siz mənə facebook adresinizi verin orda məni başa salın məndə doğurdanda sürət azercell datakartında tutmur..xaiş edirəm məni başa salasınız necə etməliyəm surət olmadığına görə mən indi onu bağlatdırmaq istəyirəm

Elvin Hacı (2012-08-20 00:30:10)
Siz nəyisə düz etmirsiniz, ya da cihazınızda problem var. Bakıda Azercell Datakart sürəti ən azı 2 Mbit/s olur. Rayonlarda isə adətən 1-2 Mbit/s arası olur. Azercell Datakart istifadəçisi olaraq bu barədə məlumatım dəqiqdir. Bakcell-də də pis deyil, amma Bakcell-in stabilliyinə şəxsən mən güvənmirəm. Bakıda bir çox yerlərdə 3-4 mbit/s tutur bəli, performans da yaxşıdır. Amma elə vaxt olub sürət 500 kbit/s-ni keçməyib, şəhərin mərkəzində. Və belə hallarla dəfələrlə rastlaşmışam. Məhz buna görə də mən Azercell datakarta üstünlük verirəm, Bakıda da, Bakıdan kənarda da, çünki stabilliyinə şübhə yoxdur

aydincik (2012-08-19 23:05:16)
xeyr amma indi elə deyil bu dəqiqə mən bakıdayam surət hec 100 kb belə tutmur

Onar Alili (2012-08-19 22:53:26)
aydincik bey Mən Azərcell datakart ilə Lənkəran rayonunun kəndində daxil olmuşam və normal işləyirdi,digər vodofon və bakcell datakartları isə çox aşağı sürət verirdi.

aydincik (2012-08-19 22:49:13)
xeyr heç çür azercell datakartı almağı fikirləşməyin məndə azercell də var bakcell də var azercell heç cür surət nəinki 200 kb belə göstərmir amma bakcell 3 mb dən aşağı surət düşmür.. bakcell məsləhətlidi

Onar Alili (2012-08-19 18:04:21)
Salam Azercell datakart istifadə edin.Rayon və kənd yerlərində Azercell datakartları daha yaxşı işləyir.