Android telefonun viruslu notebookla əlaqələndirilməsi

Notebookumda virus olduğunu düşünürəm. Androidli telefonu ona qoşsam, notebookdan şəkil filan göndərsəm telefona virus düşmə ehtimalı var?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Elvin Hacı (2012-08-21 02:59:14)
Xeyr telefona virus düşə bilməz, çünki Android Linux əsaslı sistemdir deyə Windows virusları ona təsir göstərə bilmir. Amma diqqət etmək lazım ki bəlkə virus faylları silmə xüsusiyyətinə malik olub eləyər birdən, o halda telefonunuzun yaddaşına telefon kompüterə qoşulduğu müddətdə zərər dəyə bilər. Amma bunun da ehtimalı azdır, çünki əgər virusda bu xüsusiyyət olsaydı yəqin ki kompüteri işlədə bilməzdiz, sistemi çoxdan çökdürmüş olardı.

Amil (2012-08-20 22:51:19)
Çox az ehtimal var.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Proqramı telefonun yaddaşından karta keçirmək

Samsung Galaxy i9001 root nədir?

Android WPS nədir

motorola smartfpnu

Notebookun video kartı necə dəyişilir?

Htc yoxsa Sony Xperia?