Linux Mint-də Dial-up

Linux Mint pulsuz ƏS-dirmi, necə bir ƏS-dir ümumiyyətlə? Linux Mint-də Dial-up vasitəsilə internetə necə girmək olar? P.S. Mənim başqa yolun yoxdur, ona görə Dial-up-dan istifadə edirəm. Əməyə hörmət əlaməti olaraq cavab yazanların hamısına əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

walter-spider1987 (2012-09-23 02:52:03)
yuxarıda yazdığım problemi həll etdim. amma yeni bir problem çıxdı. bu gnome-ppp -də connect düyməsini sıxıram, yazılır: can not open modem bunun üçün mən nə etməliyəm?

walter-spider1987 (2012-08-24 06:56:59)
salam. siz dediyiniz kimi terminala yazdım, amma alınmadı: zebra@Compact ~ $ apt-get install lucentmodem --driver --controls E: Command line option --driver is not understood --bunlar yazıldı. Mən indi bunu necə həll edə bilərəm?

Onar Alili (2012-08-22 09:59:11)
Salam Linux Mint ən çox istifadə edilən linux nüvəli sistemlərdəndir. Software Manage`də gnome-ppp yazıb axtarın,o proqramı yükləyin onunla qoşula bilərsiz və ya [code]apt-get install lucentmodem --driver --controls[/code] bu kodu terminal işlədin daha sonra kompyuteri yenidən başladın və System->Network -> Modem connection daxil olun nomrənizi və istifadəçi adını daxil edin Connect edin.