Online sifariş etdiyim player gəlib çıxmayıb

Salam. Mən 9 İyul 2012 tarixində ebaydan kicik 15 dollarlıq player sifariş etmişəm.Bu günə kimi player gəlib çıxmayıb.Mən nə etməliyəm?Xaiş edirəm nece bildirim şikayətimi köməklik göstərəsiniz?Çox sagolun.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

mutalib87 (2012-08-23 23:53:02)
Çox sağolun minnetdaram cavablara görə.Amma pulu nece alacam mal gəlməsə paypala bildirməliyəm?Və ya başqa bir yolu var?

Mir İslam (2012-08-23 16:22:37)
İstənilən halda, hətta eBay-a şikayət etmək istədikdə belə sizdən satıcı ilə əlaqə yaradıb yaratmamağınız soruşulacaq. Ona görə də əvvəlcə satıcı ilə danışın. Ödənişə görə isə narahat olmayın. Mal gəlib çıxmasa pulunuzu tam halda geri ala biləcəksiz.

mutalib87 (2012-08-23 15:50:53)
Oldu çox sağolun

Ezio (2012-08-23 15:20:48)
Eyni şey mənimdə başıma gəlib 17 iyul tarixində sifariş etdiyim mal göndərilib amma hələdə gəlib çıxmayıb.Satıcı ilə əlaqə saxladım dedi ki 1 həftə daha gözləyin gəlməsə yenidən əlaqə saxlayın.İndi gözləyirik görək axırı nə olur. Mən bildiyimə görə Paypala şikayət edib pulu geri almaq olur amma ondan öncə satıcı ilə əlaqə saxlamaq daha məsləhətlidir

T09RU1 (2012-08-23 15:19:30)
Satıcı ilə əlaqə yarat əvvəlcə . Gecikmə ola bilər

mutalib87 (2012-08-23 14:57:00)
Çox sağolun cavaba görə.Amma malı sifariş verdiyim günün səhərisi SİPPED işarəsi yandı.bunun başqa yolu var Ebaya şikayət və s?

Mirislam (2012-08-23 14:50:16)
Mallar elə sifariş verildiyi gün göndərilmir. Orda da gecikmə olur. Ona görə də siz əvvəlcə satıcının özü ilə əlaqə saxlayın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Malı aldığdan sonra shipping işarəsi aktiv edilməyib

Ebay alınmış mal.

MAH haqqinda öyrənmək

eBay-da mal gəlmədi

Ebaydan mal üçün track

ebay sifariş olunan məhsulun gəlib gəlməməsi