Windows XP-nin silinməsi

Salam. Noutbukumda əvvəl Windows XP idi, indi Ubuntu yazdım. İndi zəif işləyir. Səbəbi 2 əməliyyat sisteminin olması ola bilərmi? Bir də indi Windows XP-ni silmək istəyirəm. Onu asan şəkildə necə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

alismayilov (2012-10-05 03:40:52)
Ubuntuda terminaldan fdisk komandası ilə Windows XP-nin olduğu sahəni asanlıqla silib, yeni partition yarada bilərsiz. Sonra onu mkfs.ext3 ilə format edə bilərsiz. Məsələn belə: [code] fdisk -l #bütün siyahıya baxırsan, sonra aşağıdakı kimi menu çıxacaq Command (m for help): d #d ilə delete edirsən Command (m for help): x #x-rəqəm, Windows olan sahənin nömrəsini yazırsan. Command (m for help): n # yeni partition yaradırsan. ... mkfs.ext3 /dev/sdx #yaratdığın partitionı format edirsən. #Kataloq yaradırsan, format etdiyin sahəni ora birləşdirirsən. mount /dev/sdx /disk #disk yeni yaratdığın kataloqun adı #Əgər komputer açılanda həmin kataloqun avtomatik mount olmasın istəyirsənsə, onda /etc/fstab - a /dev/sdx /disk ext3 defaults 1 2 #əlavə et [/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu datakart

Noutbuk format

windows xp wifi və klaviatura

Oyunların Windows 7-dən Ubuntuya keçirilməsi

Ubuntuda internetə necə girmək olar?

Mozilla Firefoxda yükləmələri necə torrent programı ilə yükləyə bilərəm ?