Ubuntu – Word 2010 faylı

Mən bilmək istəyirəmki Word 2010.2007-də yazılmış faylları UBUNTUda hansısa proqramla aça bilərəmmi? Ümumiyyətlə Word 2010-nu Ubuntu ƏS-nə yazıb istifadə etmək olarmı?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Alibeyov (2012-08-25 17:22:27)
PlayOnLinux -da baxın, demək olar ki, bütün oyunlar üçün wine ilə Ubuntu variantını yaradıblar. Quraşdırılması da çox rahatdır. Kim ki deyir, Ubuntu çətindi - bu çox səhv fikirdir. Bütün şərait yaradılıb - rahat istifadə üçün. Sistemdə hər hansı modul olmayanda, nəyisə aça bilməyəndə - sistem özü təklif edir nə etmək lazımdırsa. Çox ideal sistemdir.

Amil (2012-08-25 06:28:37)
Baxır necə oyundur. Sadə oyunları quraşdırmaq olar. Amma, çox RAM tələb edən oyunlar 100% effekt verməz. winehq.com saytında yoxlaya bilərsiniz.

Mürvət Mürvətov (2012-08-24 16:55:52)
Deməli onda Ubuntuda 1ci olaraq Wine proqqramın yükləməli, sonra isə Word.exe faylını yükləməliyəmdə. Windows oyunlarınıda Wine yazdiqdan sonra yükləyə bilərəmmi?

Elvin Hacı (2012-08-24 14:31:39)
Yaxşıdır ayrılıqda götürəndə, tam qane edir. Amma Word-də yaradılmış faylları redaktə etmək üçün Word-ün yerini heç nə verə bilməz. 2007 2010 fərq etməz bu mənada

Mürvət Mürvətov (2012-08-24 14:09:18)
Cavaba görə çoxsağolun. Bir şeydə soruşum. Sizcə LibreOffice proqramıda Üord2010 kimi vəya 2007 kimi yaxsidi?

Elvin Hacı (2012-08-24 13:55:13)
Ubuntunun üstündə gələn LibreOffice ilə aça bilərsiz. Word 2010-u da yaza bilərsiniz bəli, sadəcə Wine adlı köməkçi proqram qurmalısınız öncə.