H2h -da reklamı görüb Malayziadan telefon sifariş etmişəm

300$ köçürtdüm 3 gündən sonra bizə xəbər verdi ki vestern union ilə gömrük haqqı 250$ göndər ki, telefon gəlsin. Pulumu geri ala bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Terlan (2012-08-27 12:31:50)
hara müraciət etmək olar?

Toğrul (2012-08-26 19:50:33)
Hemin adam pulu artıq götürübsə Western Union heçnə edə bilməz. Əgər pulu geri qaytarmırsa başqa yerə müraciət etmək lazımdı

Amil (2012-08-26 18:36:36)
Çox sadəlövhlük etmisiniz. Əvvəlki sualda mən və Onar bəy demişdik axı göndərməyin. Əlaqə saxlayın, görün qaytarır, ya yox. Göndərmirsə deməli, nəyi var "atıb" sizə:) Western Union-a müraciət edin.

Cabbarov Sübhan (2012-08-26 01:02:49)
Bu ifadəmə görə bağışlayın ancaq siz hansı ağılla 300$ tanımadığnız bir şəxsə özdə vestern union ilə ödəmə etmisiz? Belə reklamlar yalandır yalan. Zərərin yarısından dönmək də xeyirdi. İstədikləri 250$ qətiyən göndərməyin. Onlar fırıldaqçılardı. Bir şey ki istehsalçı qiymətindən ucuz satsınlar onu olma dəyər? Siz vestern union ilə marqalanın görün nə cürsə pulu geri almaq olursa geri alın. Ucuz mal almaq istəyirsizsə eBay və Ebay kimi saytlardan alın.

Toğrul (2012-08-26 00:10:41)
Sənə əvvəlcədən gömrük haqqını deməmişdi. Sənə necə zəmanət verir ki, göndərəcək? Əlaqə saxla gör qaytarır ya yox.