Çindən alınmış telefonun Azərbaycanda işləməsi

Çindən alınmış telefonların Azərbaycanda işlədilməsində nə kimi problemlər ola bilər? Məsələn onun İMEİ kodunu qeydiyyata saldırmaq lazımdırmı? Yoxsa heç bir dəxli yoxdur? Və ya Azərbaycan mobil operatorlarının istifadə etdikləri tezlikləri dəstəkləyirlərmi?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Mürvət Mürvətov (2012-08-28 16:38:54)
Təzə telefondur. Çində istehsal edən şirkətin öz rəsmi saytından alıram. Yəqinki unlocked olarda. Zəhmət olmasa bir bu paylaşdığıma girib baxa bilərsən... http://www.chinavasion.com/china/wholesale/Android_Phones/Large_Screen_Android_Phones/Android_4.0_Phone_Tablet_Cyclo_-_4.7_Inch_Capacitive_3G_1GHz_CPU_Dual_SIM/ Məndə yuxarıdakı cavabdan sonra qorxuya düşdünkiç artıq pulum batdı. Cavaba görə sağolki ürəyim rahatladı...

Elvin Hacı (2012-08-27 22:09:21)
Ruslan bu haqda dəqiq bilgi var? Dünən bu sahənin bir mütəxəssisi bu barədə gələcək zaman üçün danışırdı. Ki telefonların qiyməti qalxacaq və.s. Və hazırda da "levıy" telefonlar gəlməkdə və rahat işləməkdə davam edir mən bilən qədərilə :)

Elvin Hacı (2012-08-27 19:36:16)
Bizdə hələ İMEİ reyestri yoxdur axı. Bu yaxınlarda olacaq, qanun qəbul edilməlidir. İndi gətir-işlət prinsipidir, təbii ki telefon unlockeddursa. Onu da deyim ki bu İMEİ məsələsi qüvvəyə mindikdən sonra yeni telefonların qiyməti xeyli qalxacaq.

Mürvət Mürvətov (2012-08-27 14:35:53)
Bəs yaxşı ölkəyə çindən gətirtdiyim telefonu mən harda İMEİ register etdirməliyem? Və bunun dövlət rüsumu varmı, Neçəyədi yoxsa olmaya pulsuzdu?

Ruslan Butdayev (2012-08-27 13:17:15)
demeli may ayindan bizde de artiq graymarket yolu ile gelen hemcinin kenardan gelen telefonlara nezaret uchun idare yaradildi ve artiq ishleyir. Amma ne derecede funksional olduqlaqrini bilmirem. Eger heqiqeten de tam funksional isheyirlerse IMEI register olmayan telefonlar 1 aydan artiq ishlememelidir.