Retweet etmədiyim tvit twitter-də lövhəmə düşüb

Salam. Mənim twitter-də paylaşdığım statuslarımın hamısı profilimdə görsənir.Amma dünən twitter-ə girəndə gördüm ki , öz profilimdə paylaşdığım statusların içərisində başqa bir nəfərin statusu var.Yəni ki , həmin statusu mən Retweet etməmişəm amma mənim twitter-də lövhəmə düşüb bu necə baş verib? Səbəbini deyin zəhmət olmasa. (Bilirəm ki , facebook-da siyahımda olan insanlar mənim lövhəmdə mənim xəbərim olmadan hansısa paylaşım edə bilərlər yəni ki , bu mümkündür.Eyni şey twitterdə də mümkündür?)

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ilkin Alizadeh (2012-08-27 02:06:57)
Arif siz dediyiniz Home-da olur yəni ki , Əsas səhifədə olur.Mənim twitterdə following siyahımda olan insanların paylaşdıqları statuslar mənim lövhəmə düşməli deyil , əsas səhifəyə düşməlidir.Lövhəmə düşdüyünə görə səbəbini öyrənmək istəyirdim və öyrəndim.

Ilkin Alizadeh (2012-08-27 02:01:26)
Elvin Hacı cavaba görə çox sağ olun.

Elvin Hacı (2012-08-26 21:48:12)
Salam. Yox sizin öz status lövhənizə başqaları nəsə paylaşa bilməz. Bəlkə nəsə sistem xətası imiş bir anlıq gəlib. Əgər hələ də qalırsa skrinşot edib şəkli bura atın baxaq, bəlkə tvitter reklam tvitidir məsəlçün

Arif (2012-08-26 04:13:58)
Salam başqa dostunuz öz profili üçün retweet edib.Dostlarınızın da profili sizin profildə görsəndiyi üçün o tweetlər də sizin profildə görsənir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Twitter Retweet etmək olmur

Twitter-lə bağlı problem

Twitter-də sms problemi.

Facebook, Odnoklassniki, Agent, Youtube, İnstagram, Twitter, Skype və V Kontakt-da profil şəklinin maksimum pikseli

Twitter profilim oğurlanıb?

Twitter haqqında sual