BLACKBERRY 9000 HAQQINDA

SALAM MƏN BLACKBERRY BOLD 9000 AIMAQ İSTƏYİRƏM. Sizcə NECƏ TELEFONDUR? NƏ KİMİ PROBLEMİ VƏ ÜSTÜN CƏHƏTİ VAR?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Amil (2012-09-01 19:33:12)
Bu məsələdə mübahisə etməyək, 2013-ü (BB10) gözləyək.

Elvin Hacı (2012-09-01 16:58:15)
Xeyr, söhbət modellərdən getmir. Söhbət ümumi yanaşmadan, solutiion-dan gedir. Bu isə BB-də bərbaddır. 3-4 il öncə normal sayıla bilərdi, hər dövrün öz tələbləri var, amma hazırda biabırçı zəif həll sayılır, məhz ona görə BB bazar payını kosmik sürətlə itirərək, daimi ixtisarlar edərək az qala müflis olma həddinə çatıb, yeni modellər heç nəyi dəyişmir. Planşet sahəsinə giriş də fiaskoyla nəticələndi(Playbook) Touch modellərə də girişmək istədi, bir neçə model anons elədi, amma burada da nəticə yoxdur.

Amil (2012-09-01 15:26:29)
Elvin, belə ümumi fikir səsləndirmək düzgün olmaz məncə. Hər bir istehsalçının pis və yaxşı telefonları olur. BB-nin çox modellərindən xoşum gəlmir. Amma, BB 9780 və 9900 smartfonları çox gözəldir. BB "qara qutu" deyil sadəcə, onda da smartfonlarda olan əksər funksiyalar var.

Onar Alili (2012-08-28 16:24:49)
Salam Dediyiniz model 2008 buraxılışıdır çox güman onu OS 7`yə yüksəldə bilmiyəcəksiz,Büdcənizə görə seçim edin əgər büdcə probleminiz yoxdursa 2011 buraxılışınan aşağı almayın. Hərə BlackBerry bir səbəbə görə seçir,mən rahatlıq,qwerty və s. üçün istifadə edirəm və öyrəşmişəm və OS 7 ən təhlükəsiz sistemlərdən biridir.

Amil (2012-08-28 12:19:12)
BB 9900 Bold yaxşıdı amma.

Elvin Hacı (2012-08-28 12:11:39)
Necəliyini soruşduğunuzdan mən də cavab verib pisləməli olacam. BB quru prestij, görk yapmaqdan başqa bir işə yaramayan mənasız qara qutudur. Normal Windows Phone və ya Android smartfon almağınız daha yaxşı olar.

Ruslan Butdayev (2012-08-28 12:06:44)
cox kohne bir modeldir. neynirsiz axi BB ? neye lazimdi o telefon? adi nokia 1100 kimi bir sheydi.. Bizim miller niye bu qeder chat vurgunudu? BBM e gore lazimsiz telefona ne qeder pul verir..

Amil (2012-08-28 07:01:13)
Salam.Bu linkə daxil olun.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Blackberry 9530-da internet problemi

blackberry z30 factory reset problemi

Blackberry də çəkdiyim şəkillər açılmır

blackberry bəzi simvollar yazmaq çətin olur

Ipad üçün bbm

ebaydan alınan blackberry-də nasazlıq