domain hostinqə bağlamaq

salam domaini hostingə nə cür bağlayım?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Web Saytlar Yaradılması (2017-10-28 03:31:02)
Domen Adı Alıb Hostinq Xidmətinə Necə Qoşaq Domen adını və hostinq xidmətini eyni provayderdən aldığınızda heç bir texniki əməliyyata da ehtiyac qalmır: bütün lazımlı kodları sizin yerinizə hostinq şirkəti daxil edir, ya da avtomatik olaraq köçürülmüş olur. Ancaq domeni .az zonasından seçmisinizsə onu yalnız və yalnız Online.az saytında qeydiyyatdan keçirə bilərsiniz. Sonradan domenlə hostinq xidməti arasında bağlantı qurmaq üçün Domain Name Servers (DNS), ya da qısaca Name Servers (NS) kodlarını domen qeydiyyatının saytında yazmalısınız. Qeydiyyatı bitirdikdən sonra hosterin saytında seçdiyiniz istifadəçi adı və şifrəni yığaraq Control Panel-ə (Cpanel – İdarəetmə Paneli) giriş edə bilərsiniz. Cpanelə ilk girişinizdə sizi xoş sözlərlə, açıqlamalarla qarşılayacaqlar – sonradan həmin xatırlatmaları görməmək üçün onları gizlədə bilərsiniz. Hoster şirkətlərinin saytları bir-birindən fərqlənir və NS-ləri hara yazmaq lazım gəldiyini bir az axtarmalı olacaqsınız. Ola bilər ki, heç tapmayasınız. Belə olan halda narahat olmağına dəyməz. Saytdan əks bağlantı qurmaqla adminlərdən bunu sizin üçün etmələrini istəyə bilərsiniz.

DJ_666 (2012-08-27 14:35:30)
Senin sayt yığmğdan başın çığır onda meni öyrət hörmətivi eliyərəm

Alibeyov (2012-08-27 14:04:46)
Siz hansısa şirkətdən hostinq aldıqda orada sizin saytınıza uyğun profil yaradılır, həmin hostinq serverin ns adları və ip adressləri də sizə təqdim olunur. Siz bunu aldığınız domainin parametrlərinə daxil etdikdən 24 saat sonra saytınız hosta tam qoşulur, bütün provayderlər tərəfindən tam tanınır.

DJ_666 (2012-08-27 11:06:40)
yəni ns o nedi qaqam

Alibeyov (2012-08-27 00:56:13)
Domaini aldığınız saytda domain məlumatlarına daxil olub NameServer (yəni ns) adressləri yazın. Amma əvvəlcədən gərək həmin serverdən hostinq alasınız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hostingdə 2 domen

Ucuz,etibarlı hosting

adiniz@sizindomain.com tipli e-mail yaratmaq

NT-də domain qeydiyyatı forması

Domen satışı

Domen qiymət fərqi