Recovery proqramı

Salam.Mən komputeri format etmişəm.C və D diskindəki bütün şəkil,video,fayllarım silinib.Onu necə geri qaytara bilərəm? google-da Active@ File Recovery proqramın tapmışam.Amma bu proqramla harddiski cixardib geri qaytarmaq olar,məndə də notebookdu.Hansı proqramı məsləhət görərdiz?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

force86 (2012-08-29 12:30:01)
Ən yaxşısı Recovery MY Disk bunu istifadə et kömək edər sənə

Alibeyov (2012-08-28 09:57:19)
Bərpa etmək mümkündür. EasyRecover, Magic Recovery,Power Data Recovery, R-Studio - Bunlar sınanmış, effektiv proqramlardır. Bunlardan ən çox məsləhət gördüyüm Power Data Recovery və R-Studio -dur. Power Data Recovery - ni istifadə etmək asandır, demək olar ki hər şeyi tapır. Amma qovluqların və faylların adı ilə yox, faylın formatı nədirsə, kateqoriyalara bölüb, özü fayla ad verib tapır. R-sTudio - isə nisbətən istifadəsi çətindir, amma hər şeyi olduğu formada bərpa edir mümkün qədər.

Amil (2012-08-28 06:55:06)
Salam. Mən bilən format etdikdən sonra Recovery proqramı ilə faylları geri qaytarmaq olmur. Amma, recovery proqramına gəldikdə Recuva məsləhət görərdim.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php ilə silinmiş fayli geri qaytarmaq

Android – Silinmiş faylların geri qaytarılması

Bütün faylların formatdan sonra geri qaytarılması

Android Recovery yükləmək

Samsung Galaxy Grand Prime G530h

Saytlarımı köçürərkən səhvlər.