wordpress haqqında bir neçə sualım var

Suallarıma cavab verənlərə əvvəlcədən təşəkkürümü bildirirəm. 1.Mən kodlardan çox bilmirəm.wordpress işlədə bilərəm? 2.Məscid üçün sayt açmaq istəyirəm wordpress- belə bir layihəyə uyğun cms-dir? Nümunə olaraq feqih.com saytına oxşar. 3.wordpressi directadmin paneldə qurmaq olur? yoxsa ancaq cpaneldə qurulur?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

elmaryachi (2012-09-28 20:31:53)
Salam Mən suallarınızı oxudum. Mən də elə sizin kimi bir vaxtlar blog yaratmaq istəyirdim amma istədiyim məlumatları əldə edə bilmirdim amma vaxt gəldi lazımı video məlumatı tapdım və bu video dərslik turk dilindədir onlayn versiyada sizin vp config probleminizi de orada açıqlayır. İki variantda vordpress qurmagı öyrədir bir cp paneldə fantastico aləti ilə bir də adi qaydada hosting domen adı almaqla vordpress paketini yükləyib qurmaqla mən linki yerləşdirirəm linkə daxil olun və səhifənin aşağı hissəsində iki flash pleyer görəcəksiniz onlar dərs videolarıdır baxın əminəm öz vordpress bloqunuzu quracaqsınız. bu da link http://www.isakoc.com/wordpress-ile-blog-kurulumu.html Bu da mənim bu videolardan sonra qurdugum vordpress saytim. http://daire.ueuo.com əgər pullu hosting və domen adınız yoxdursa onda ueuo.com pulsuz servisde qeydiyyatdan keçib bloqunuzu orada yerləşdirə bilərsiniz. Əlavə olaraq google də free hosting yazıb digər pulsuz hostinq verən saytları tapa bilərsiniz. Amma php mysql dəstəkləri olmalıdır

Nikolus (2012-08-28 12:41:40)
Çox sağol.ALLAH köməyiniz olsun..

Elvin Hacı (2012-08-28 09:16:13)
Buradan yükləyin, ən son versiyanı daim bu linkə atıram

Nikolus (2012-08-28 00:32:10)
Elvin təşəkkür edirəm.Azərbaycan dil paketini hardan yüklüyə bilərəm??

Elvin Hacı (2012-08-28 00:10:12)
Ingiliscəsini qurub sonra Azərbaycan dili paketini atmaq lazımdır wp-content/languages papkasına, sonra da wp-config-də wp_lang=az etmək lazımdır

Nikolus (2012-08-27 23:59:12)
sizi bəlkədə çaşdıracaqdım sonuncu postumla.üzr istəyirəm. Şükür ALLAHA wp-ni qurdum. amma 3.3 versiyasını çünkü türkcə bu versiyani tapa bildim.əgər sizdə 3.4 versiyasının azərbaycan dilində olani varsa linki yazın yüklüyüm.Təşəkkür edirəm.

Nikolus (2012-08-27 22:48:43)
ALLAH hər ikinizdən razı olsun. Amma mən directden qurdum alinmadi dbname dbusername password yazdım amma qarşıma wp_config.php belə bir şey çıxdi.ilk dəfədir wp qururam heçne anlamadım.mümkünsə baxardınız http://vaqo-mescidi.com

Elvin Hacı (2012-08-27 19:54:49)
1. qismən işləyə bilərsiz. hazır tema və pluginlərin verdiyi hazır imkanlarda. özəl dəyişiklik istəkləri üçün isə bütün CMSlərdə kodu bilmək vacibdir. 2. Wordpress internetdə gördüyünüz istənilən sayt kimi bir sayt qura biləcəyiniz CMSdir, nəinki konkret dediyiniz sayt. 3. yaxşısı budur özünüz file manager ya ftp ilə son versiyanı qurasınız, directadmin bu imkanı versə də verməsə də.

Sahil (2012-08-27 19:39:44)
wordpress dle ye nisbeten daha rahatdi , qurmaq olar, directadmin e de qurmag olar cpanele de ferqi yoxdu

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPressdə yazı Baş səhifədə kiçiltmək.

WordPress sistemli saytda özəl videoplayer çalışdırmaq haqqında…

WordPress’də temanın footerini sındırmaq

Saytın adın dəyişməkdə problem.

wordpress category

Vordpress Spam user-lər