Xaricdən online sifariş edilən malın göndərilmə ünvanı

Xaricdən online sifariş edilən malın göndərilmə ünvanını hansı dildə yazmalıyamki düzgün anlaşılsın. Yəni məni ünvanıma düzgün göndərilsin. Və göndərilən mal adresə təslim edilir yoxsa poçtdan götürülür? Yəni mənim verdiyim telefon nömrəsidəmi göndərilən qutunun üzərində əks olunurmu ki, poçtdan malı aldıqda mənlə əlaqə saxlasınlar? Məsələn mənim adresim Abşeron rayon, Xırdalan şəhəri, Nizami küçəsi ev 59-dur. Bunu necə yazmalıyam: ingiliscə yoxsa azərbaycanca? Səhv etmirəmsə telefon nömrəsini +99455xxxxxxx şəklində yazmaq lazımdır...

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Kamran (2012-08-28 21:41:31)
mən ingiliscə yazıram. ünvanım kimi işlədiyim ofisin ünvanını qeyd edirəm qarşısındada "ofisin adı" MMC. sonuncunu ona görə yazıram ki poçta sifariş elədiyim məhsul gələndə çaşmasınlar birbaşa ofisə bildiriş göndərsinlər. heç vaxt narazıçılığım olmayıb. evə göndərəndə problem yoxdu poçt tərəfindən. Amma bir dəfə nazirlikdən mənə məktub göndərmişdilər 2 il əvvəl hələ gəlib çatmayıb.

Toğrul (2012-08-27 23:33:44)
Məsəlçün belə : Baki sah., 3 MKR,ev.18,m.23

Mürvət Mürvətov (2012-08-27 23:22:41)
Şəxsiyyət vəsiqəsinin arxasında olduğu kimi deyəndəki yəni ordakıları elə Azərbaycanca yazımda?

Toğrul (2012-08-27 23:17:28)
Ünvan şəxsiyyət vəsiqəsində necə yazlıbı ele qeyd ele. Mal adrese teslim edilmir bildiyim qədəriylə. Mən özüm gedib götürürə. Poçtdanda mal alınanda zəng etməlidilər. Oda ki, poçt işcisi istəsə zəng eliyir istəsə eləmir )) Nömrəni də dediyin kimi yazırsan.