Samsung rəsmi istehsalçısı

Hal-hazırda samsung telefonlarının rəsmi istehsalçısı hansı ölkədir? Telefonumun orginallığını yoxlamaq üçün app store -də hansısa app və ya vasitə var?
mobil Cavablar.net

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Cavid_Z (2012-09-01 04:02:56)
köməyə görə sağ olun

Onar Alili (2012-08-29 09:34:09)
Salam Çin,Vietnam olması saxta olmağı deyil yuxardada yazıldığı kimi Çində işçi qüvvəsi və hissələr daha ucuzdur,ona görə böyük şirkətlər Çində öz zavodlarını tikirlər.

Cavid_Z (2012-08-29 02:44:56)
Sözün düzü heç mən də samsung telefonlarının saxtasını görməmişəm.O ki qaldı telefona üstündə made in vyetnam yazılıb Computex-dən almışam.

Elvin Hacı (2012-08-29 02:19:58)
Salam. Rəsmi istehsalçı ölkə Cənubi Koreyadır. Amma əksər telefonlar Çində istehsal olunur, orda xərclər az olur deyə. Yəni manufactured in china yazılıbsa bu qorxutmasın. Telefonu hardan almısınızsa oradan bilinər. Rəsmi dilerdən və ya etibarlı elektron ticarət saytından almısınızsa heç bir problem olmaz. App bunu yoxlaya bilməz fikrimcə. Bir də deyim ki müasir Samsung Android smartfonlarına aid markaların saxtaları çətin ki ola, çünki olsa belə dərhal tanınar. Çünki capacitive touch screen özü çox bahalıdır, ona görə də saxta telefon düzəldənlər resistiv ekrandan istifadə edirlər. Bu isə çox fərqli bir şeydir. Resistivdə touch ekrana təzyiqlə barmaq basdıqda işləyir, capacitivdə zərif toxunuşda. Məhz bu kimi səbəblərdən mən hələ ki Samsung androidlərin saxtasını görməmişəm.