Androidin versiyasını yüksəltmək

Hər kəsə salam! Mən bu yaxınlarda ebaydan yeni planşet aldım. HTC Flyer. Amma planşetin versiyası çox köhnədir. Eşitdiyimə görə ən son çıxan sistem 4.1 olmalıydı. Planşetin öz menyusundan update edirəm amma 2.27-yə qədər qalxır. İndi bunu necə 4.1-ə gətirə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

İsgəndər Cəfərov (2012-09-01 19:52:06)
Məlumata görə çox sağ olun. Bu arada planşeti 3.2 etdim :D

Elvin Hacı (2012-08-30 14:58:06)
Bəli eynən, deməli o sizdə açılmayacaq.

İsgəndər Cəfərov (2012-08-30 11:55:27)
Hmm ola bilər. Aydındır hər şey. Bəs axı bəzi oyunlar olur ki, 4.0 versiyasını tələb edir. Deməli həmin oyunlar, məndə açılmayacaq?

Elvin Hacı (2012-08-30 10:51:11)
Salam. Flyer üçün nə 4.0 nə də 4.1 mövcud deyil. Hətta Cyanogen kimi müstəqil versiya buraxanlarda da bu model üçün İCS və JB yoxdur. Amma bu modelçün 3.2 mövcuddur, check edəndə gəlməlidir, maraqlıdır sizdə niyə gəlmir.

Onar Alili (2012-08-30 10:03:27)
Salam Əgər hansısa versiyadan yuxarı versiya təklif etmirsə demək indi işlətdiyiniz ən stabil işləyəndir. Əlbəttə yükləyə bilərsiz 4.xx ama stabil işləmiyəcək. 4.xx tələb etdiyi minumum götəricilər plaşetdə olmadığı üçün və ya başqa səbəbədən rəsmi yenilənmə gəlmiyib,rəsmi yenilənmədən başqa özünüz 4.xx versiyası yükləməyinizi məsləhət görmürəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bilmirem ne telefon alim

Android haqqında

Galaxy s2 qoşulmur

Htc one – da problem…

Huawei Ascend Y530-U00 p?

Google Play store əlavə yükləmək