Samsung Galaxy S3 yoxsa HTC One X?

Salam... Samsung Galaxy S 3 yoxsa HTC One X? Fikirlərinizi bilmək istərdim... Və niyə...

Verilmiş cavablar və yazılan şərhlər (19 cavab var)

Amil (2012-08-31 17:19:28)
Elvin bəy, Samsung Apple-yə 1 milyard ödəyib. Özü də qeyri-adi şəkildə :) http://weboxu.com/blog/2233.html Düzəliş: Bu zarafatcıl bir dezinformasiyadır. Ümumiyyətlə heç bir ödəniş olmayıb(çünki məhkəmə qərarından şikayət olunacaq), nəinki xüsusi ödəniş - Redaktor.

Amil (2012-08-31 17:16:49)
Onar bəy, sizə böyük minnətdarlıq bildirirəm Nokia və Windows Phone barədə fikirlərinizə görə. Elə bil "ürəyimdən xəbər verdiniz". +1 Doğrudan da, Windows Phone-ni pisləyənlər onun haqqında heç bir məlumata malik deyillər. Amma, həmin telefonu bir az da olsa işlədəndə, fikirləri 180 dərəcə dəyişir. "Live Tile"lər insanı darıxmağa belə qoymur. Təəsüf ki, funksionallığına görə Android-dən geri qalır WP. Amma, Windows Phone 8 rəqiblərinə "qan udduracaq". Səbirsizliklə 5 Sentyabrı gözləyirəm, Nokia-nın ilk WP8 modelini.

Alibeyov (2012-08-31 15:56:01)
Hava atmaq məqsədim olsaydı, kitay variantı iphone da işlətmək olardı.

Elvin Hacı (2012-08-31 15:10:44)
Siz bir faktı unudursunuz ki, İphone-un hardware avadanlıqların Samsung istehsal edir. Siz bu faktı bilərək yenə deyirsinizsə ki yox Nə də olmasa – Samsungdu , deməli siz applofansınız sadəcə olaraq :) Samsung smartfon hardware-sində dünya lideridir, softu isə Google şirkətinə aid olan Androiddir. Yəni hər iki tərəfdə ən qabaqcılların sintezindən yaranan məhsullar buraxır. Ona görə də Galaxy S2, S3, Note İphone-lardan daha çox satılır və satılacaq. Çünki dünyada heç də hamı applofan deyil, real keyfiyyətə və uyğun qiymətə fikir verən insanlar daha çoxdur.

hidayetmmdff (2012-08-31 15:09:53)
Alibeyov, siz dost tanış yanında hava atmağa davam edin. Biz texnologiyanın həzzini çıxaraq. ;)

Alibeyov (2012-08-31 14:46:30)
Keçmiş dedikdə Samsung -u nəzərdə tuturdum.

Onar Alili (2012-08-31 14:39:15)
Əgər keçmiş ilə götürürsüzsə,onda Nokianın keçmişi çox parlaq olub indi isə satışları düşüb. Texnologiya sahəsində əvvəl axır prinsipi işləmir. Samsung bu temp saxlasa ve Android olduğu müddətçə daha neçə illər yaxşı qazanacaq.

Onar Alili (2012-08-31 14:33:19)
Nokia Windows Phone ilə işləməyə davam etsə Microsoft mobil bazarda hədəflədiyi 2 ci yerə gələcək.Heç olmasa bir dəfə Windows Phone işlədin və necə sürətli,güclü olduğunu görəcəksiz,yeni əlavə olunan multitasking ilə dahada gücləndi. ---- Windows Phone ilə düşmənçiliyi olanlar isə məlumat sahibi olmadan fikir sahibi olmamağa çalışaq. Windows Phone böyük uğur qazanacaq mobil bazarda buna əmin olun.

Alibeyov (2012-08-31 14:31:22)
Siz belə etməzsiz? Lyuks-da pis nə varki? Daha da öz rahatçılığın üçündür. Apllication -lar da n qədərdi, iphone -la da nə istəsən etmək olur .

Alibeyov (2012-08-31 14:29:56)
Bunu iphone 5 çıxanda görəcəksiz :) Hər-halda mən iphone-un rəsmi dileri deyiləm tərifləyim, istifadə edib görmüşəm, samsung-u da görmüşəm dost-tanışda, amma iphone qədər xoşuma gəlməyib. Nə də olmasa - Samsungdu :) Keçmişinə baxanda nə olubki əvvəllər? İphone hər zaman öz adını, statusunu saxlayıb, indi bir iki uşaq-muşaq nəsə eliyib deyə bu o demək deyil ki, hər zaman da belə reytinqi olacaq ;)

Elvin Hacı (2012-08-31 14:26:17)
Nokia daha telefon deyil. Lumia-da daha da özünü biabır elədi - Əksinə satışı get gedə yaxşılaşır. Samsung da hələlik Androidin hesabına və bir-iki yeni texnologiya hesabına qabağa gedib - Bir-iki? Ən müasir touch screen ekranları ilk dəfə yaratmaq(Təriflədiyiniz İphone-ların da ekranı Samsung istehsalıdır), yeni bir hibrid smartfon(Note,Note2) nlayışını dövrəyə uğurla daxil etmək və.s. daimi uğurdan xəbər vermirmi? Hazırda Samsung mobil bazarın 35%-nə sahibdir və burada 90% rolu Android oynayıb. Dünya üzrə 35% bilirsiniz nə nəhənglikdə bir uğur deməkdir? Məsələn Apple kimi əsasən hipsterləri aldadan firma cəmi 18% paya sahib. Onun yerini heç nə verə bilməz - Bu sırf fanatik yanaşmadır. Real parametr və keyfiyyət müqayisəsində isə İphone-lar LG,Motorola, Sony-lərdən belə çox-çox geridir, nəinki Samsung və HTC. Yəqin 4 dənə minusun səbəbləri aydın oldu :)

hidayetmmdff (2012-08-31 14:19:38)
Lyuksa üstünlük verirsən sadəcə. Olay bu )

hidayetmmdff (2012-08-31 14:15:58)
iPhone'u belə tərifləməyinə səbəb oldu -1 məncə :) iPhone nəyinə görə üstündür Samsung'dan?

Alibeyov (2012-08-31 14:11:55)
Narazı olan gözəl insanlar, fikirlərinizi bilmək istərdim. -1 etməkdən asan heç nə yoxdur :)

Alibeyov (2012-08-31 11:40:05)
Nokia daha telefon deyil :) Lumia-da daha da özünü biabır elədi :) Samsung da hələlik Androidin hesabına və bir-iki yeni texnologiya hesabına qabağa gedib, amma inanmıram ki, bu uğurlar daimi olsun. Apple - iphonu 5 -də o problemi yaşamasaydı, gecikmə olmasaydı, əlbət - öz sözünü deyərdi, yenə də, gec deyil, tezliklə yenidən sübut edəcək ki, Iphone ayrı bir "luks"-dur. Onun yerini heç nə verə bilməz... Apple -dan sonra da HTC gözəl brenddir. Qalanları hamısı bir-birinin tayıdı.

Amil (2012-08-31 11:34:20)
Sizə bir məsləhət verim. Androidə üstünlük verirsinizsə Samsung, Windows Phone-ya üstünlük verirsinizsə Nokia məsləhət görürəm. Çünki bu iki şirkətin telefonlarına Azərbaycanda çox böyük support verilir. İnanmıram ki, sualı verən istifadəçi dizaynını nəzərdə tutur. Ona qalsa Nokia həm dizaynına görə, həm də keyfiyyətli device olduğuna görə rəqiblarindən iki "baş" üstündür.

Onar Alili (2012-08-31 09:34:53)
Salam İşdə hər iki modeli işlədən var,parametləri və görüntü olaraq mən S3 bəyəndim.

hidayetmmdff (2012-08-31 00:41:18)
Dizayn baxımından HTC One X üstündür. Həm nüvə sayı da var. Ama görüntü baxımından S3'ün ekranı superdi. Mən dizayna üstünlük verdiyim üçün One X'i seçərdim. Ümumi göstəricilərə baxdıqda isə S3 daha yaxşıdır.

Amil (2012-08-30 22:44:25)
Samsung Galaxy S3 məsləhət görürəm. Burada müqayisə olunub: http://geekaphone.com/compare/Samsung-Galaxy-S-III-vs-HTC-One-X-Quad-Core

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Samsung Galaxy S3 yoxsa Samsung Galaxy Note2?

HTC One X almaq istəyirəm.

Samsung Galaxy s3-də problem

Samsung Galaxy S3 vs Note II

Samsung galaxy S3 hard disk

iPhone 4S vs samsung galaxy s3