HTC Flyer haqqında bir neçə sualım var

Hər kəsə salam! Mən ebaydan bu yaxınlarda yeni planşet almışdım. HTC Flyer. Yeni istifadə etdiyimə görə bəzi suallarım olacaq. 1) Mənim planşetimin RAM-ı 1 GB-dır. Amma menyudan Task Manager proqramına gorəndə orda ümumi RAM-ın 806 MB olduğu yazılır. Sizcə bu nəyə görədir? Belə bir şeydə var ki, heç bir proqram açıq olmadan RAM-ın məsələn, 533 MB dolduğu yazılır. Və 273 MB boş qalır. Sizcə bu problemlər nədəndir? Daha ətraflı, şəkil burdadır: P.S.: Şəkildəki problemləri ingilis dilində yazdığım üçün üzr istəyirəm. Əslində bu problemi sizin üçün yazmamışdım. Sadəcə satıcıya məktub göndərərkən olub. 2) Mənim planşetimin yaddaşı 16 Gb olmalıdır. Amma Settings menyusundan Storage-ə girəndə orada Total space yerində 8.69 Gb olduğu yazılır. Axı niyə bu belə olur axı? Şəkil burdadır: 3) Maraqlı app və oyun olan hansı android saytlarını mənə məsləhət görürsünüz? 4) Bu planşet üçün yaxşı oyunlar 800 MB-dan 1Gb-ya qədərdir. Təbii ki, planşetin öz yaddaşının buna çatmayacağına görə, mən istəyirəm ki sırf oyunlar üçün ebaydan 32 Gb-lıq Micro Card alım. Nə deyirsiniz? Məsləhətdir? 5) Android Market-də olan app-ları gizlətmək istəyirəm. :D Bununüçün nə edə bilərəm? Bu qədər sualla sizi narahat etdiyimə görə üzr istəyirəm. Əvvəlcədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

İsgəndər Cəfərov (2012-09-18 13:24:34)
Məlumatlara görə çox sağolun. İndi fikir verirəm ki, mən 5-ci sualı yzanda səhv etmişəm. :D Mən ümumiyyətlə soruşmaq istəyirdim ki, +18 app-ları marketdən necə gizlətmək olar? :D

E. Hacı (2012-09-10 09:58:54)
Salam. 1.RAM-dan bəzi hissə sistem tərəfindən daim məşğul edilir, startupdaca. Ona görə o userə available olmur. Bütün device-lar belədir tək bu yox. 2. Qaranlıq məsələdir. 3. Play.google.com. Başqa heç yerdən nəsə yükləməyin. 4. Məsləhət sizin, lazımdırsa heç olmasa 16 GB alın. 5. Marketdə belə bir funksiya yoxdur, əmin ola bilərsiniz.

maxxam (2012-09-01 22:01:43)
http://www.flyerforums.net/forum/htc-flyer-general-discussions/354-storage-issue.html

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Androidin versiyasını yüksəltmək

androidde update silmək

htc one mini yaxud sony T2

HTC telefonları barədə

LG G 2 . SONY XPERİA Z, HTC ONE M7 Hansı daha məsləhətlidir

Telefon seçiminde kömek