Twitterdə parol dəyişimi haqqında

Salam. Mən twitter parolumu dəyişdim.Sualım belədir ki , əvvəlki parolumdan istifadə edib twitter-də başqa profil aça bilərəm? və yaxud da kimsə özü üçün twitter profili açarkən təsadüfən mənim əvvəlki parolumdan istifadə edə bilər? yəni ki, bu mümkündür? (yəni ki, həmdə bilmək istəyirəm ki, hər-hansısa paroldan istifadə edib twitter-də qeydiyyatdan keçən zaman bu parol ümumi sistem qeydiyyatına düşür? və yalnız bir profil üçün istifadə oluna bilər? bilirsiz nəyə görə soruşuram tutaq ki, mən yenidən parolumu dəyişib əvvəl ki parolumu istifadə etmək istəyirəm, amma bu zaman təsadüfən mənim həmin bu əvvəlki parolum kimsə tərəfindən istifadə oluna bilər?)

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Amil (2012-09-02 22:57:36)
Buyurun, xoşdur.

Ilkin Alizadeh (2012-09-02 22:45:15)
Çox sağ olun cavablara görə.

Amil (2012-09-01 15:19:51)
Salam. Təsadüf nəticəsində ola bilər ki, bir neçə adam eyni şifrəni qoysun öz hesabına. Məsələn, mənim əvvəllər iki accountum var idi və hər ikisinə də eyni şifrə qoymuşdum. Bu əsəas məsələ deyil. Əsas məsələ Username-lərin üst-üstə düşməməsidir. Yəni ki, bir Username qeydiyyata varsa, başqası həmin Username (istifadəçi adı) ilə qeydiyyatdan keçə bilməz. Şifrəyə gəldikdə isə 6 simvoldan çox istənilən şifrə qoya bilərsiz hesabınıza.

Onar Alili (2012-09-01 11:16:02)
Salam Belə izah edim 123 sizin şifrənizdir siz şifrənizi dəyişəndə bu 123 silinir yerinə yeni şifrəniz 456 yazılır. Bu halda əvvəlki şifrənizlə daxil olmaq mümkün deyil çünki sizin şifrəniz olan yerdə artıq 456 var.Sistem gedib şifrənizi yoxlayanda orda 123 yerinə 456 olduğunu görür və şifrə səhvdir cavabı qaytarır. Siz öz hesabınıza bir şifrə təyin edə bilərsiz və yalnız onunla daxil ola bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Twitter’də sayt üçün necə qeydiyatdan keçmək lazımdır?

Twitter’lə bağlı sual

Twitter-də bu bütün followerlərə Direct Message

twitter: private list yaradanda bildiriş gedirimi

Twitter Account suspended

Twitter i telefonda istifadə etmək