D diskinə parol qoymaq

Salam mən kompyuterdə D diskinə parol qoya bilərəm belə bişey mümkünmü? yalnız parol qoymaq gizlətmək yox birdə programsız əgər mümkünsə əvvəlcədən təşəkkür!

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Onar Alili (2012-09-05 09:44:13)
Windows 7 Ultimate və Enterprise versiyalarında olur.

Şəhriyar (2012-09-04 23:50:13)
salam. qaqaş məndə yoxdu bitlocker onu necə gətirə bilərəm ? windows 7 dir məndə amma yoxdu

Onar Alili (2012-09-04 14:08:20)
artıq şifrələmisiz.kompyuteri söndürüb yenindən açın.disk tutmu azalamağı şifrələmədən olur. Əgər şifrələmək istəmirsizsə bu videoya baxın,izah olunub nece söndürmək lazımdır.

Fiko (2012-09-04 13:50:44)
nəysəye qaqaş mən heçnə başa düşmədim bu kodlaşdirmadan qurdaladim yenə diskə girir parol istəmir görürəm alinmadı indi silmək istiyirəm bunu necə eliyim onu qaqaş deyərdində həm diskin tutumuda azaldi http://i049.radikal.ru/1209/43/a0d0c4afbe66.jpg

Onar Alili (2012-09-04 12:57:12)
1ci varitantı seçib açarı bir neçə yerdə kopyasını saxlayın.

Fiko (2012-09-04 12:47:14)
həə qardaş siz dediyiniz kimi etdim 8 rəqəmli bir parol yazdim getdi ama sonra belə bir pencərə açildi ardicilliği mənə deyərdizdə daha dəqiq nəsə bir səhf buraxmaq istəmirəm çünki diskdə mənə lazimli olan fayllar var http://s004.radikal.ru/i208/1209/5a/1f122a04b813.jpg

Onar Alili (2012-09-04 12:38:28)
Əlavə olaraq. Orda yazılmayıb ama səhv etmirəmsə minimum 8 simvol olmalıdır şifrəniz.

Onar Alili (2012-09-04 12:36:45)
Şifrəniz hərflər,sayılar,boşluqlar və simvollardan ibarət olmalıdır. Məsələn: pass w0rd$

Fiko (2012-09-04 12:29:36)
qardaş məndə elə ultimate-dı açdim bu bitlocker amma parolu yazanda səhf verir http://s52.radikal.ru/i138/1209/de/43286f1879ce.jpg

Onar Alili (2012-09-04 11:18:04)
Salam Windows 7 Ultimate və Enterprise versiyalarında BitLocker ilə bunu edə bilərsiz. İstifadə qaydası burda var. Əgər o versiyalarda olan sistem deyilsə sizdə onda http://www.truecrypt.org/ ilə güclü şifrəliyə bilərsiz,istifadə qaydası : http://goo.gl/ct7Fa TrueCrypt itidadə edərkən diqqətli olun :]

Elvin Hacı (2012-09-04 10:57:08)
Proqram install etmədən Bitlocker seçimi menyuda necə düşə bilər ki? Axı Windows-da belə şey yoxdur.

Amil (2012-09-04 09:45:36)
Salam. Kompyuterə daxil olun. Sonra D diskinin üzərinə sağ klik edin. Orda görəcəksiz BitLocker.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Orjinal disk satılanmaqazin

Tp-link TD-W8101G parol qoya bilmirəm

gizli albom

Disk qurğusu diski adi halda açmır, safemode-da açır

Wi-Fi modemə parol qoymaq

D diski özü-özünə dolur