HP pavilion G6 notebookunu almağa dəyər?

HP pavilion G6 notebooku almaq istəyirəm. Sizcə məsləhətlidirmi? Satıcının dediyinə görə parametrləri AMD A10 processor Quad core 2.30 Ghz Ram 8 GB Videocart dual-di deyir biri1 GB o biri 512 mb lıqdır. İkisidə işləkdir Maksimum 5 GB-a yüksəlir DDR3-dür Dediyindən Videokarta AMD-nin oyunlarcün istehsal etdiyidi HDD 1TB-dı Sizcə bu parametrlərdə komputeri almaq yaxşıdırmı?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

erhan (2012-10-31 17:53:37)
AMD prosessorlari tez qızır.Birdə ki ventilyasiya sistemini vaxtli-vaxtinda temizleyende videokart gec qızır

ferid1990 (2012-09-05 22:12:37)
tempratur məndə max. 97 dərəcə olub .o da ki gta 4-ü divanın üstündə oynamışdım.

ferid1990 (2012-09-05 22:09:13)
düz deyir məndə v.kart 1gb maksimum 3gb olur.

ferid1990 (2012-09-05 22:04:08)
yumşaq yerlərə roymaq olmaz məsələn divanın üstündə.amd adi hallarda qızmır,ancaq yüksək effektli oyunlar oynayanda qızır.

Mürvət Mürvətov (2012-09-05 21:59:42)
dəqiq soruşumda onda AMD A10 vardı birdə İntel Core i5 bunlarınhansı güclüdü, AMD quad core idi i5 bilmedim neçə nüvəlidi satıcı dediki bu güclüdü AMD Bİrdəki ATİ radeon iki videokartalidi 1- 1GB o biri 512 mb Deyir max 5 GB olur videokarta bu düzdü,

ferid1990 (2012-09-05 21:43:29)
Amil deyir intel,amma mən deyirəm amd Hhərə öz zövqünə görə deyir.Bir şey də var ki,amd təzə texnologiyadır.Fikrimi buna əsaslandırıram.

Amil (2012-09-05 21:37:59)
Salam. Intel yaxşıdı.

Mürvət Mürvətov (2012-09-05 21:30:32)
satıcı dəqiq demədiki 2011 di yoxsa 2012 dedi axı son model g6-dış Çünki göstərdi orda köhnə model g6-da vardış Vallah nəğd qiyməti yadımda qalmadı onu bildimki 24 aylıq 55manata kreditle alacamş Bes yaxşı AMD prosessor yoxsa intel yaxşıdı? Altındakı ventilyasiya yaxşı olmalıdı deyəndəki stolun üstünə qoyub işlədəndə nə olarki, Başqa nə edimki,

ferid1990 (2012-09-05 19:40:58)
bir şey soruşum qiyməti neçƏyədir ?mən 750-yə almışdım.

ferid1990 (2012-09-05 19:36:18)
niyə olmur?daha nə istəyirsən bundan yaxşı notebook olar?məndə də bundandi lakin video kart 1gb ,hdd320gb ,4gb ram ,amd processor.1 ildir əla işləyir.1 PIS ŞEYI VAR tez qızır,gərək qayğısına qalasan ALTıNDAKI VENTILYASIYASı YAXŞı OLMALıDıR(yəni hava işləməlidir)amd prosessorlar tez qızır.bilmirəm deyirlər 2012 nin amd-larında bu problemi aradan qaldırıblar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Türkiyədən Notebook almaq

Notebooka Windows 7 yazılmır

nvidia programını yeniləmək və geforce experience programını yükləmək

ikinci əl notebook alan mağazalar

Bakıda orijinal noutbuklar var?

Notebook Batareya