Salam.
Mən telefonuma play.google.com-dan ekran üçün wallpaper yükləmişəm amma bunlar heç bir papkaya düşməyib.Bu telefon sensor ekranlı olduğu üçün belədir?
Yüklədiyim wallpaper-ləri silmək istəyirəm amma bilmirəm ki , hara girib silməliyəm.Bunları hardan silə bilərəm? (Həmin bu yüklədiyim wallpaper-lər animasiyalı və 3D effektlidir.)
Telefon üçün anti-virus proqramı olur? Olursa anti-virus proqramını hansısa saytdan yükləyə bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
2
Salam. Wallpaper barədə bilmirəm.
Amma Android platformalı smartfonlara Anti-Virus yazmaq qrip olan adama antibiotik vermək kimi faydasızdır. Eləcə də digər mobil platformalara. Boşuna vaxt və pul itkisidir.
0
Wallpaper haqqında bilən varsa bura cavab yazsın zəhmət olmasa.
0
Bəli antivirus lazımsızdır.
Wallpaperləri silməkçün sadəcə Gallery proqramına girin, orda bütün papkalar ayrı ayrılıqda olur. Eləcə də bütün yüklədiyiniz wallpaperlər orda olmuş olacaq papkanın içində. Girin silin
Animasiyalılar isə Application kimi də install olunur əsasən, applicationu tapıb silmək lazımdır
1
anti-virusun niyə xeyri yoxdur ki?Antivirus androimdə o qədər virus tutub silib ki.
0
salam
wallpaper lər sizin telefonunuzdan asılı olaraq müxtəlif cür aktiv edilir. Əgər telefonununz sony Ericsson(sony) dirsə onda siz telefonun sag düyməsini basmaqla əlavə menyunu açıb ordan divar kağızı bölməsinə girib Sony ericsson divar kağızlarını seçərək yüklədiyiniz wallpaper lərə baxa bilərsiniz. Silmək üçünsə play.google.com saytına girib yenə sağ düyməsini basaraq my apps bolmesinden wallpaper ləri taparaq silə bilərsiniz
0
Məndə telefon Samsun Galaxy Ace-dı.Həmin papka harda olur? tapa bilmədim silim wallpaper-i.
Sual verin
Cavab verin