Linux Mint, yoxsa Ubuntu?

Salam. Daimi istifadə üçün Linux Minti seçərdiz, yoxsa Ubuntunu? Və hansı səbəbə?

Verilmiş cavablar və yazılan şərhlər (19 cavab var)

Zaur Ibrahim Lee (2013-01-15 00:36:01)
Linux Mint istifadəçisiyəm məslətdə görürəm buyur bura baxa bilərsən http://distrowatch.com reyting siyahası (sağ küncdə)

walter-spider1987 (2012-09-23 04:23:10)
ubuntunun yerini heç nə verə bilməz....

Amil (2012-09-09 01:08:23)
Gözlüyürük:)

E. Hacı (2012-09-09 01:06:18)
Təşəkkür. Bölməyə daha maraqlı chartlar əlavə olunacaq. Hazırda olanlar başlanğıc üçündür

Amil (2012-09-09 00:30:14)
Aha, lap yaxşı. Görürəm sayta Statistika bölməsi əlavə etmisiz :). Uğurlar!!!

E. Hacı (2012-09-09 00:22:07)
Kopyalarla(Pear) və geydirmə(Hacintosh) versiyalarla maraqlanmıram düzü

Amil (2012-09-09 00:19:58)
Yəni ki, Pear OS necədi?

Amil (2012-09-09 00:17:27)
Razıyam, amma Pear OS da var axı, MAC-ın kopyası:)

E. Hacı (2012-09-09 00:14:10)
Aha ola bilər interfeysi sizə daha yaxşı görünsün. Amma Ubuntunun əsas üstünlüklərindən biri elə məhz interface-indədir. Gözəllik yox, yeni yol, məxsusilik, gələcək perspektiv və.s. anlamında. Etiraf etmək lazımdır ki Unity-dən savayı bütün digər Linux distro interface-ləri Windows və ya MacOS-dan təsirlənmə və ya birbaşa bənzədilmədir. Ubuntu isə Unity ilə Linux distro-lar içində ilk məxsusiliyi gətirdi. Unity-nin özəlliyi təkcə görünüşdə deyil, həm HUD, həm inteqrasiya olunmuş search, həm də anons edilmiş Ubuntu TV Unity-nin böyük gələcəyindən xəbər verir.

Amil (2012-09-08 23:55:45)
Təşəkkürlər cavaba görə! Amma məndə həm Windows 7, həm də Linux Mint var. Məncə Linux Mintin interfeysi daha gözəldir Ubuntudan ("insanlıq").

E. Hacı (2012-09-08 23:14:17)
Mən bu seçimdən keçmişəm və Ubuntunu seçmişəm. Əsas səbəblər 1. Ubuntunun digər əksər distrolar kimi hansısa kiçik community tərəfindən yox, ciddi bir şirkət olan Canonical tərəfindən dəstəklənməsi. 2. Ubuntunun distrolar arasında ən populyar və community-si ən böyük olan olması. 3. Ubuntunun interface həllinə özünəməxsus yanaşması. 4. Gələcək planların böyüklüyü(belə ki artıq müxtəlif ölkələrdə olan xalq kompüteri tipli layihələrlə olan razılaşmalara, noutbuk istehsalçıları ilə olan razılaşmalara əsasən artıq 1-2 ilə Ubuntunun bazar payı 5%-i ötmüş olacaq. Bu isə çox ciddi göstəricidir) və.s. Linux Mint-in də Ubuntu qarşısında bəzi üstünlükləri var, amma fikrimcə yuxarıda sadaladıqlarımdan sonra dəyməz gələcəyi qaranlıq bir distroya keçməyə.

E. Hacı (2012-09-08 21:32:17)
Daimi istifadə. İstifadəçi yox.

Amil (2012-09-08 21:11:48)
Salam. Əslində sualı belə verməmişdim. Redaktor dəyişib :) . Siz hansını seçərdiz?

Ruslan Butdayev (2012-09-08 20:54:25)
daimi istifadechi ne ile meshgul olur?)) Oyun, internet, chat , sosial shebeke, ..?

Amil (2012-09-08 19:58:11)
Başqa istifadəçilər də fikirlərini bildirsələr yaxşı olar.

Amil (2012-09-08 19:51:11)
OK. Cavablara görə təşəkkür.

Onar Alili (2012-09-08 19:20:21)
Əgər işim sadəcə adi istifadəçi səviyyəsində olsaydı Linux istifadə edərdim indiki halda isə Microsoft məhsulları üzərinə layihələr işlədiyim üçün Windows 7 :]

Amil (2012-09-08 18:40:33)
Bəs Windows 7 və Linux Mint olsaydı?

Onar Alili (2012-09-08 18:30:50)
Salam Daha stabil olduğunu fikirləşdiyim üçün Linix Mint seçərdim. Burda kı reytinqdə Linux Mint ilk sıradadır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Oyunların Windows 7-dən Ubuntuya keçirilməsi

Ubuntu Bakcell datakartında

ProM haqda

Ubuntu 14.04 və problemlər

ubuntuda hard diskə girə bilmirəm

Ubuntu datakart