Çin istehsalı tablet pc / Poçt problemi

Hər kəsə salamlar Çin istehsalı olan tablet pc almaq istəyirəm. İnternet mağazadan alıram və soruşmaq istəyirəm ki, hansı poçt üsulunu seçsəm daha tez və etibarlı gələcək? Bir neçə varıant var: 1. DHL / 80$ 2. FedEX / 60$ 3. TNT / 70 $ 4. UPS / 80 $ 5. China Post (free shipping) 6. Singapur Post (free shipping) göndərilmə qiymətləri təxminən belədir. sizcə hansı məsləhətdir? aranızda kimsə istifadı edibmi? təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

maxxam (2013-03-19 20:44:11)
planşetiniz gəldi ?

Ibrahim (2012-09-10 11:44:43)
:) təşəkkür

E. Hacı (2012-09-10 09:42:58)
Özünüz bilin. Bir müddət istifadədən sonra "keyfiyyətinə" bələd olacaqsınız. :)

Ibrahim (2012-09-09 22:43:15)
buradan məlumat əldə edə bilərsiniz - Ainol Novo 7 Fire/Flame

Ibrahim (2012-09-09 22:40:51)
təşəkkür edirəm cavaba görə. düzü məndə elə fikirləşirdim ki, Çin tableti keyfiyyətsiz bir şeydir, amma bu yaxınlarda Ainol Novo 7 Aurora II tabletini sınaqdan keçirmək imkanı oldu. sadəcə firma loqosu olan Ainolun yerinə Asus və ya Apple yazılsaydı inandırım sizi ki, hamı əlavə 150 manat artıq ödəməyə razı olardı. ekran isə əladır - 1280 x 800,5 Point touch IPS Capacitive Screen,Visible angle 180°... yəni bu sadəcə yazı deyil, özüm sınaqdan çıxarmışam və digər alıcılarla söhbətləşmişəm. indi isə onun yeni versiyası Ainol Novo 7 Fire/Flame çox məsləhətli tabletdir. Bakıya 110-140 manat arası başa gəlir. Rus vı türk forumlarında istifadəçi rəylərini də oxuyuram. Düzde brend tabletler qədər stabil deyillər. Amma hardasa 3 qat ucuzdurlar. Problemleri də zatəm əməliyyat sistemi ilə bağlıdır. Bu da "proşivka"lar ilə stabilləşir. Həmdə ki, bu qiymətə tabletdən çox şey də gözləməyə dəyməz. Kitab oxumaq, video, mp3, internetdə gəzinmək üçün qiymət və performans baxımından əladır. Hamıya da tövsiyə edirəm :) Sadəcə poçt məsələsində ilişmişəm. Bu vaxta qədər internet üzərindən alış-veriş etməmişəm, o üzdən nəyi, necə edəcəyimi bilmirəm. görək nə olur. Cavabınız üçün təşəkkür

E. Hacı (2012-09-09 19:57:47)
Hansısa naməlum çin firmasının RƏSMİ saytı? :) nə istəsəz yaza bilər. Amma 50-80$a planşetin elə ekranı ola bilməz, çünki maya dəyəri azı 200$dır. Maya dəyərindən bir az ucuz, yəni ziyana işləyərək iki firma planşet satır, Google və Amazon. Amma onlar ziyanın əvəzini kontent satışından artıqlaması ilə çıxarırlar. Çin firması isə kontent filan satmır deyə onun xeyri ancaq planşetin öz satışındandır. Çində də normal və ciddi firmalar var təbii, məsələ Huawei. Amma onun qiymətləri də NORMALdır :)

Mürvət Mürvətov (2012-09-09 19:22:46)
Bəs tutaqki rəsmi saytlarında ekrana capasitive yazib. Yəni yalandan yaziblar?

E. Hacı (2012-09-09 14:30:27)
Salam. Fedex və DHL tam etibarlıdır və express növü 4-5 günə çatdırır. Digər növləri də 7-10, 10-15 günə. Məsləhətimsə budur ki, çin istehsalı olan tablet pc almayasınız, pulu çölə atmaq kimi bir şeydir. Çox tez sıradan çıxacaq. Ekranı da capacitive yox, resistivdir, yəni toxunuşla yox, basmaqla işləyir, həsss touch deyil