Xəbər portalları haqda

Salam. Mənə maraqlı gəlir xəbər portallarının reklamdan başqa gəlirləri nədən olur? Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Mövlud Ahmedov (2012-09-09 18:01:52)
Ətraflı izaha görə təşəkkürlər.

E. Hacı (2012-09-09 17:48:46)
Yəni tutaq ki, Azercell şirkəti hər hansı kampaniya və ya yardım aksiyası keçirir, istəyir ki xəbər saytları bu haqda yazsın. Hansısa sayta pul ödəyib deyir bunu xəbər kimi dərc elə. Amma əslində bu xəbərdən çox Azercellin reklamıdır. Ona görə də belə xəbərlər (R) başlığı ilə dərc edilir. Lentaz-da, Qafqazinfo-da və digər xəbər saytlarında görmək olar belə yazıları hərdən.

Mövlud Ahmedov (2012-09-09 17:15:00)
Birdə zəhmət deyilsə (R) işarəli yazılar məsələsini izah edərdiniz.Əvvəlcədən təşəkkürlər

Mövlud Ahmedov (2012-09-09 17:09:58)
Cavablara görə təşəkkürlər.

E. Hacı (2012-09-09 13:11:26)
Xeyr. İkinci hissədəki variant mövcud deyil. Google heç kimə keçidə görə pul vermir. O Google adsense proqramıdır klikə görə, amma o tam başqa şeydir, saytda yerləşən reklamın bir növüdür, axtarışa-keçidə aidiyyatı yoxdur. Xəbər saytları deyildiyi kimi əsasən reklamdan qazanır. Bir də reklam hüququ ilə dərc olunan yazılardan. (R) işarəli yazılar.

Mete (2012-09-09 12:57:43)
salam.xəbər portalları əsasən reklamdan qazanır,həm də məsələn google-da axtarışa verən zaman hər tıklayanda google şirkəti və qismən də həmin saytın büdcəsinə pul yığılır.